Turan İbrahimov Space TV-dən getməyinin səbəbini AÇIQLADI

Maqazin
10:18 / 04.10.2021
613
Tanınmış aparıcı Turan İbrahimov keçmiş iş yeri Space TV ilə bağlı danışıb.
Sfera.az bildirir ki, aparıcı kanalın yeni mövsümünə hansı səbəbdən qoşulmadığını açıqlayıb. O, yeni rəhbərliyin təkidli xahişlərinə baxmayaraq, bu mövsümdə Space TV-də olmamaq qərarı verdiyini deyib:
"Səbəb isə ümumilikdə televiziya işinə həvəsimin qalmamasıdır. Televiziya mənim üçün hər zaman ikinci iş yeri və hobbi olub. 4-5 il öncəyə qədər mənim üçün ikinci iş kimi sərfəli idi, həm də həvəsim vardı. Hazırda isə belə deyil. Həm də televiziyalar, xüsusi ilə də özəl kanallar əksər peşəkarlar üçün ciddi iş yeri olma özəlliyini itirib”.
İbrahimov hazırda başqa əhval və gözləntilərdə olduğunu əlavə edib:
"Hazırda əsas hədəfim öz işlərimi böyütmək, PR, Media və kommunikasiya mütəxəssisi kimi şirkətlərlə əməkdaşlığımı genişləndirməkdir”.
Türkan
Sfera.az