"Taliban" lisenziyasız silah və nəqliyyat vasitələrinin satışını qadağan etdi

Dünya
21:03 / 03.10.2021
2303
"Taliban" Əfqanıstanda lisensiyasız silah və nəqliyyat vasitələrinin satışını qadağan edib.
Sfera.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda müvafiq sənədləri olmayan silah-sursat, habelə lisenziyasız nəqliyyat vasitələrinin alqı-satqısının qadağan edildiyi deyilir.
Müdafiə Nazirliyi qanunu pozanların cinayət məsuliyyətinə cəlb ediləcəyini vurğulayıb.