Kabildə törədilən partlayışda 8 nəfər həlak oldu

Dünya
20:00 / 03.10.2021
2240
Kabildə İdgah adlanan məscidi yaxınlığında güclü partlayış nəticəsində ən azı 8 nəfər ölüb, 20 nəfər yaralanıb.
Sfera.az "TASS"a istinadən xəbər verir ki, bu barədə Qətərin Əl-Cəzirə telekanalı məlumat yayıb.
Bildirilir ki, hadisə Taliban nümayndəsi Zabihullah Mücahidin anasının yas mərasiminin keçirildiyi zaman törədilib. Hücumun hədəfləri Taliban liderləri və Əfqanıstanın müvəqqəti Nazirlər kabinetinə təyin edilən məmurlar, xüsusən də Müdafiə nazirliyinin nümayəndələri olublar.