Azərbaycanla sərhəddə təlim keçən İran öz texnikasını vurdu

Dünya
15:30 / 03.10.2021
1779
Azərbaycanla sərhəddə təlim keçən İran ordusunda qanlı hadisə baş verib.
Sfera.az xəbər verir ki, İran Azərbaycanla sərhəddə keçirdiyi təlimlərdə "AH-1 SuperCobra" hücum vertolyotlarından yanlışlıqla öz texnikalarına atəş açıb.
Nəticədə 3 İran əsgəri ağır yaralanıb.
Bu barədə məlumatı araşdırmaçı jurnalist Elçin Alıoğlu şəxsi "Facebook" hesabında paylaşıb.