Ata öz övladlarını satışa çıxardı - Oğlunu 224 dollara, qızını 114 dollara...

Dünya
16:59 / 02.10.2021
1394
"Taliban" Əfqanıstanda
hakimiyyəti ələ aldıqdan sonra artan iqtisadi böhran aşağı gəlirli əfqanların
ev əşyalarını satmasına səbəb olub.
Sfera.az xəbər verir ki, ölkə ilə bağlı yayılan son
videolarda bir atanın iki uşağını bazarda satmağa çalışdığı görüntülənib. Əgqanıstanlı
şəxs oğlu üçün 224 dollar, qızı üçün 114 dollar istədiyini bildirib.
"Taliban” Əfqanıstanda hakimiyyəti ələ keçirdikdən
sonra yaşanan xaosun izləri hələ də davam edir. Hökumətin süqutundan sonra
banklar təxminən iki həftə bağlı qaldı və əfqanlar nağd pula olan ehtiyaclarını
ödəyə bilməyiblər.
Əzizə Zeynal
Sfera.az