Koronavirus qarşı istifadə oluna bilən ilk dərmanın qiyməti açıqlanıb - Beş gün, gündə iki dəfə...

Koronavirus qarşı istifadə oluna bilən ilk dərmanın qiyməti açıqlanıb - Beş gün, gündə iki dəfə...
ABŞ-da "Merck" əczaçılıq şirkəti COVID-19-a qarşı hazırladığı eksperimental həbin qiymətini açıqlayıb.

Sfera.az xəbər verir ki, şirkət tərəfindən verilən məlumatda hazırlanan dərman vasitəsinin virusa yeni yoluxmuş insanların xəstəxanaya yerləşdirilməsi və həyatını itirmə riskini yarıya endirdiyi bildirilib. Bir xəstə üçün dərmanın qiymətinin təxminən 700 dollar olacağı proqnozlaşdırılır.
 
Molnupiravir adlı dərman istifadə üçün təsdiqini taparsa, koronavirusa qarşı tətbiq edilən ilk dərman kimi rəsmi statusunu alacaq. Mütəxəssislər dərmanın beş gün boyunca, gündə iki dəfə olmaqla qəbul edilə biləcəyini deyib.
 
Əzizə Zeynal
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR