Saakaşvili həbsxanadan tərəfdarlarına məktub yazdı: “Xahiş edirəm…”

Dünya
13:21 / 02.10.2021
1774
Gürcüstanda saxlanılan eks-prezident Mixail Saakaşvili cəzaçəkmə müəssisəsindən tərəfdarlarına məktub göndərib. O, Kiyevdən Gürcüstana gələrkən saxlanılacağını gözlədiyini bildirib.
"Mənim azadlığım və daha önəmlisi Gürcüstanın azadlığı sizin fəallığınız və yaxın günlərdəki mübariz ruhunuzdan asılı olacaq. Beynəlxalq dəstək də bundan asılıdır. Xahiş edirəm, şübhə etməyin və sona qədər inanın ki, qələbəmiz öz əlimizdədir. Sizi sevirəm”, - məktubda deyilir.
(virtualaz.org)