Saakaşvili Gürcüstanda SAXLANILDI

20:06 / 01.10.2021
1983
Mixail Saakaşvili Gürcüstanda saxlanılıb.
Sfera.az xəbər verir ki, Gürcüstanın sabiq prezidentinin tutulması barədə məlumatı Baş nazir İrakli Qaribaşvili keçirdiyi brifinqdə bildirib. "Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili saxlanılıb və cəzaçəkmə müəssisəsinə köçürülüb", - deyə Qaribaşvili vurğulayıb.
Xatırladaq ki, M.Saakaşvili öz feysbuk hesabında video yayaraq Batumi şəhərində olduğunu açıqlamışdı. Gürcüstanın Daxili İşlər Nazirliyinin Mətbuat xidməti isə Saakaşvilinin rəsmi şəkildə ölkə sərhədini keçmədiyini bildirmişdi.