İşçiləri həbs edildi, Bülent Ərsoy qəzəbləndi - "Bütün sərvətimlə..."

Maqazin
16:36 / 01.10.2021
765
Türkiyəli müğənni Bülənt Ərsoyun işçilərindən bəziləri həbs edilib.
Sfera.az bildirir ki, buna səbəb ifaçının Şimali Kiprdəki konsertində onu müşayiət etməli olan komandanın PCR testinin saxta çıxması olub.
Belə ki, Ərsoyun 21 nəfərlik musiqi qrupu bir ay bundan əvvəl saxlanılsa da, artıq haqlarında həbs qərarı verilib. Lakin musiqiçilər günahsız olduqlarını bildiriblər.
"Türkiyənin ən yaxşı hüquqşünaslarını bu işə cəlb etdim. Bu işdə adı keçən otelin baş müdiri Süleyman bəyin, xəstəxananın və baş həkimin də mühakimə olunması üçün lazım olan hüquqi mübarizəni bütün sərvətim hesabına aparacam", - deyə Bülent qeyd edib.
Türkan
Sfera.az