Bu qurumların mobil tətbiqləri hazırlanmalıdır - Ekspert nazirlikləri QINADI
14:40 / 01.10.2021
1122
"Elə
sahələr var ki, vətəndaşların daha rahat və effektiv istifadəsi üçün mobil tətbiqlərə
ehtiyac var. Təəssüf ki, uzun illər keçməsinə baxmayaraq,
ehtiyac olan bəzi sahələrdə bu tip mobil resurslar hazırlanmayıb".
Sfera.az xəbər verir ki, bunu Azərbaycan İnternet
Forumunun prezidenti Osman Gündüz deyib. İT üzrə ekspert faydalı mobil tətbiqləri
bu şəkildə sıralayıb:
"Araşdırmalar göstərir ki, hazırda ictimai –faydalılıq
və kütləvilik baxımından daha ciddi ehtiyac olan, hazırlanmalı olan mobil tətbiqlər
aşağıdakılardır:
1. "102 xidməti” mobil tətbiqi ( DİN hazırlamalıdır)
2. "112 xidməti” mobil tətbiqi ( FHN hazırlamalıdır)
3. Mobil Vergilər ( Vergilər Nazirliyi hazırlamalıdır)
4. Mobil MİDA ( MİDA hazırlamalıdır)
5. "113 Təcili yardım” mobil tətbiqi (Səhiyyə
Nazirliyi hazırlamalıdır) və s.
ADY və Beynəlxalq Avtovağzalın da bilet satışı üzrə
mobil tətbiqlərinin hazırlanması faydalı və doğru olardı.
"102 zəng xidməti” 2004-cü ildən, Prezident fərmanı
əsasında yaradılıb və qeyd edim ki, yetərincə effektiv də işləyir. Amma müasir
dövrdə bu xidmətin mobil versiyasına ciddi ehtiyac var.
Ekspert Vergilər Nazirliyini və Səhiyyə
Nazirliyinin mobil tətbiqlərinin hazırlanmadığını təəssüflə qeyd edib:
"Vergilər Nazirliyi, Səhiyyə Nazirliyi kimi nəhəng
resurslara malik olan, kütləvi və ictimai-sosial əhəmiyyətli xidmətlər təqdim edən dövlət qurumlarının da indiyədək mobil həllər
hazırlamaması təəssüf doğurur. Bildiyim qədərilə Vergilər Nazirliyi milyonlarla
vəsait ayırıb AVİS və digər vergi infrasrukturunun rəqəmsallaşmasını həyata keçirir. Bunlar əslində
çox faydalıdır. Amma maraqlıdır ki, bu rəqəmsal tədbirlərin içərisində
"Mobil vergi " tətbiqinin hazırlanması nəzərdə tutulmayıb. Düşünürəm
ki, bunlar doğru bir yanaşma deyil. Fikrimcə adı çəkilən qurumların mobil həllər
təqdim etməsi indiki zamanda olduqca vacibdir.
Əzizə Zeynal