Ermənistanda hərbi universitetin rəisi işdən çıxarıldı

Dünya
12:19 / 01.10.2021
974
Ermənistan Müdafiə Nazirliyinin Vazgen Sarkisyan adına Hərbi Universitetinin rəisi Xaçatur Xaçaturyan tutduğu vəzifədən azad edilib.
Sfera.az "Aysor”a istinadən xəbər verir ki, bu barədə ölkə Prezidenti Armen Sarkisyan sərəncam imzalayıb.
O, Baş nazir Nikol Paşinyanın təqdimatı əsasında işdən çıxarılıb.