"İran səfirliyinin önünə aftafa qoyanlar cəzalandırılmalıdır" - Aslan İsmayılov

10:39 / 01.10.2021
816
Ötən gecə Bakıda bir qrup gənc İran səfirliyinin binasının önünə etiraz əlaməti olaraq, İran bayraqları rəngində 3 ədəd aftafa qoyub. Məsələ sosial şəbəkədə ciddi müzakirələrə səbəb olub. Kimi atılan addımı alqışlasa da, kimisi yanlış olduğunu qeyd edib.
Sfera.az bildirir ki, tanınmış hüquqşünas Aslan İsmayılov etiraz edənlər sırasında olub. Onun sözlərinə görə, bu addım İranın dövlət atributlarına hörmətsizlikdən başqa, ilk növbədə Azərbaycan dövlətinə qarşı düşmənçilikdir:
"Birincisi, heç bir, o cümlədən qonşu dövlətin rəmzlərinə qarşı, bizə düşmən münasibətinə baxmayaraq, hörmətsizlik etmək olmaz. Bu, o hərəkəti edənlərin mədəniyyət göstəricisidir. İkincisi, bu addımı atanlar fars hakimiyyətinə İranda yaşayan azərbaycanlılar arasında bizə qarşı düşmən münasibətinin təbliğ etməsinə fürsət verir. Bu isə yolverilməzdir”.
A.İsmayılov bu hərəkətin təxribat olma ehtimalını yüksək sayıb:
"Hesab edirəm ki, müvafiq strukturlar hadisəni hərtərəfli araşdırmalı, bu addımı atanları və onları buna sövq edənləri qısa müddətdə müəyyən edib cəzalandırmalıdır. Bu günə qədər qonşu dövlətlərarası münasibətləri lağ-lağıya çevirmək heç kimə uğur gətirməyib”.
Türkan
Sfera.az