Mikayıl Cabbarov Çexiyanın xarici işlər naziri ilə görüşdü - FOTO

Mikayıl Cabbarov Çexiyanın xarici işlər naziri ilə görüşdü - FOTO
İqtisadiyyat naziri Mikayıl Cabbarov Çexiyanın xarici işlər naziri Yakub Kulhanekin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Sfera.az  xəbər verir ki, görüşdə Azərbaycanın Çexiya ilə əlaqələrə önəm verdiyi, ölkələrimiz arasında əməkdaşlığın inkişafında qarşılıqlı səfərlərin, aparılan müzakirələrin əhəmiyyəti vurğulanıb.

İqtisadi-ticarət tərəfdaşlığının gücləndirilməsi üçün potensialı diqqətə çatdıran Mikayıl Cabbarov Azərbaycan Respublikası Hökuməti ilə Çex Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiyanın bu baxımdan faydalı platforma olduğunu, ticarət əlaqələrinin inkişafında "CzechTrade”in Bakı ofisinın uğurlu fəaliyyətini qeyd edib. Bildirilib ki, ölkələrimiz arasında ticarət, sənaye, nəqliyyat-tranzit və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanlar var. Bunlarla yanaşı. avtomobil sənayesi, "ağıllı şəhər”, "ağıllı kənd” layihələrində də çex şirkətləri ilə əməkdaşlıq edilə bilər.

Görüşdə yaradılmış əlverişli biznes və investisiya mühiti, işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işləri, Zəngəzur dəhlizi və Ələt Azad İqtisadi Zonası barədə məlumat verilib, Çexiya şirkətləri azərbaycanlı həmkarları ilə fəal  əməkdaşlığa dəvət olunub.

Çexiyanın xarici işlər naziri Yakub Kulhanek ölkələrimizin qarşılıqlı faydalı əməkdaşlığını, strateji tərəfdaş olduğunubildirib, əlaqələrin genişləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb.

Görüşdə Hökumətlərarası Komissiyanın fəaliyyəti, ticarət əməkdaşlığının və investisiya layihələri üzrə tərəfdaşlığın inkişaf etdirilməsi barədə müzakirələr aparılıb.

OXŞAR XƏBƏRLƏR

Bakıda cibgirlik edən Əlcəzair vətəndaşları saxlanıldı

Bakının mərkəzində cibgirlik edən Əlcəzair vətəndaşları saxlanılıb.   Sfera.az xəbər verir k, Səbail Rayon Polis İdarəsi 9-cu Polis Bölməsi əmək...

ABŞ bu silahlara görə 1 trilyon dollar xərcləyəcək

ABŞ hökuməti, qarşıdakı on il ərzində nüvə silahlarının idarə olunması, saxlanması və modernləşdirilməsi üçün təxminən 1 trilyon dollar vəsait xərcləyəcək. Bu m...

İlhamə Elşadqızı məhkəmədə ifadə verdi - FOTO

"TikTok"da əxlaqsızlığın təbliğinə qarşı keçirilən əməliyyatlarla bağlı həbs olunan şair İlhamə Elşadqızı barəsində olan cinayət işi üzrə məhkəmə pros...

Putinin səssizliyi Trampı əsəbləşdirdi: “İkinci sanksiyalar qapıdadır”

ABŞ Prezidenti Donald Tramp, Rusiya Prezidenti Vladimir Putinin İstanbulda keçiriləcək atəşkəs danışıqlarına qatılıb-qatılmayacağı ilə bağlı açıqlama verib. Tra...

Daşkəsəndə bir ailənin 3 üzvü dəm qazından zəhərlənib

Mayın 14-də saat 00:30 radələrində 3 nəfər (1-i qadın, 2-si kişi cinsli olmaqla) dəm qazından zəhərlənmə şübhəsilə Daşkəsən Rayon Mərkəzi Xəstəxanasının Təcili ...

İdeal evlilik yaşı açıqlanıb - "Evlənməyin də öz vaxtı var"

“Tənhalıq insana xas bir xüsusiyyət deyil. Bir insan ailə qurarkən bunun necə məsuliyyətli bir iş olduğunu dərk etməlidir”.   Sfera.az Te...