Bəhreyn İsraildə səfirlik açır

Dünya
23:17 / 30.09.2021
1322
Bəhreyn bu ilin sonunadək İsraildə səfirlik aça bilər.
Sfera.az xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyi məlumat yayıb.
İsrailin xarici işlər naziri bəhreynli həmkarı ilə səfirliyin açılması barədə razılaşmanın əldə edildiyini qeyd edib.
Bəhreynin İsraildəki ilk səfiri Xalid Yusif əl-Cəlama olacaq.
Qeyd edək ki, bu gün Bəhreyndə İsrailin diplomatik missiyası fəaliyyətə başlayıb.