"Bizimlə əməkdaşlıq etsələr..." - Ərdoğan "Taliban"a yaşıl işıq yandırdı

Dünya
15:46 / 30.09.2021
692
"Bildiyiniz kimi, indi bütün əsgərlərimizi Əfqanıstandan geri çəkmişik. Əfqanıstanda hərbi varlığımız yoxdur".
Sfera.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.
"Lakin, "Taliban" bizimlə əməkdaşlıq edərsə, onlarla görüşməməyimiz üçün heç bir səbəb yoxdur. Çünki Əfqanıstan xalqı çoxəsrlik tarixi əlaqələrimiz olan bir xalqdır. Rəhbərliklə də harmoniya olarsa, hər cür danışıqlar apara bilərik. Qapımız da buna açıqdır. Hazırda biz Kabil Hava Limanının təhlükəsizliyini təmin etmirik, amma gələcəkdə bu ola bilər", - deyə Ərdoğan bildirib.
Turan Rzayev
Sfera.az