Prezident Ağabəy Əsgərovu vəzifəsindən azad etdi - SƏRƏNCAM

15:27 / 30.09.2021
1665
Ağabəy Məmməd oğlu Əsgərov "Azərbaycan” nəşriyyatının baş direktoru vəzifəsindən azad edilib.
Sfera.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Qeyd edək ki, A.Əsgərov 2005-ci ildən "Azərbaycan" nəşriyyatının baş direktoru vəzifəsində işləyib.