İlham Əliyev Si Cinpinə təbrik məktubu ünvanladı

İlham Əliyev Si Cinpinə təbrik məktubu ünvanladı
Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə təbrik məktubu göndərib.

Məktubda deyilir:

"Hörmətli cənab Sədr,

Çin Xalq Respublikasının Yaranması Günü münasibətilə Sizə və Sizin simanızda dost xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirməkdən məmnunluq duyuram.

Bu gün Çin özünün hərtərəfli və dinamik inkişafı ilə dünyanın qabaqcıl ölkələri sırasında qərar tutmuşdur. Sizin uzaqgörən rəhbərliyiniz altında həyata keçirilən irimiqyaslı proqramlar, infrastruktur layihələri ölkənin iqtisadi qüdrətinin və beynəlxalq nüfuzunun gündən-günə artmasına, Çinin yüksəlişinə xidmət edir. Təşəbbüsünüz ilə ərsəyə gələn "Kəmər və yol” nəhəng transmilli əməkdaşlıq platforması Avrasiya məkanında iqtisadi-ticari əlaqələrin genişləndirilməsinə töhfə verir.

Çin Azərbaycan üçün etibarlı tərəfdaş və dost dövlətdir. COVID-19 pandemiyası dövründə ölkələrimizin qarşılıqlı etimad və həmrəylik nümayiş etdirərək bir-birini dəstəkləməsi möhkəm dostluq münasibətlərimizin bariz nümunəsidir.

Biz Azərbaycan-Çin münasibətlərinin inkişafına, əməkdaşlığımızın daha da dərinləşməsinə xüsusi əhəmiyyət veririk. Bu mənada, qədim və zəngin ənənələrə malik əlaqələrimizin genişlənməsi və yeni məzmunla zənginləşməsi bizi sevindirir. Çin şirkətlərinin ölkəmizin Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının bərpası və yenidən qurulması işlərində iştirakı, nəqliyyat, logistika, infrastruktur, investisiya, enerji və digər sahələrdə əldə etdiyimiz yaxşı nəticələr və gələcək perspektivlər Azərbaycan-Çin tərəfdaşlığının yüksək səviyyəsindən xəbər verir.

Əminəm ki, həm "Kəmər və yol” layihəsi çərçivəsində atdığımız addımlar, həm də ikitərəfli və çoxtərəfli qaydada qarşılıqlı etimad və dəstəyə əsaslanan faydalı əməkdaşlığımız bundan sonra da birgə səylərimizlə müvəffəqiyyətlə davam edəcək və xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Çin xalqına daim əmin-amanlıq və rifah arzulayıram".

OXŞAR XƏBƏRLƏR

Evində modem olanların NƏZƏRİNƏ: Dərhal bunu edin, yoxsa… – VİDEO

Evlərimizdə səssiz şəkildə işləyən köhnə və yenilənməmiş internet yönləndiriciləri (router) kibercinayətkarlar üçün cəlbedici hədəflərə çevrilir. Bu barədə ABŞ ...

Ərdoğan Trampa təşəkkür etdi

Xəbər verdiyimiz kimi, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, ABŞ lideri Donald Tramp, Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi Məhəmməd bin Salman və ...

“iPhone 17” bu tarixdə satışa çıxarılacaq

“Apple” 2025-ci ildə təqdim edəcəyi yeni nəsil “iPhone 17” modeli ilə texnologiya dünyasının diqqət mərkəzinə düşməyə hazırlaşır. Şirkət...

Bakıda cibgirlik edən Əlcəzair vətəndaşları saxlanıldı

Bakının mərkəzində cibgirlik edən Əlcəzair vətəndaşları saxlanılıb.   Sfera.az xəbər verir k, Səbail Rayon Polis İdarəsi 9-cu Polis Bölməsi əmək...

ABŞ bu silahlara görə 1 trilyon dollar xərcləyəcək

ABŞ hökuməti, qarşıdakı on il ərzində nüvə silahlarının idarə olunması, saxlanması və modernləşdirilməsi üçün təxminən 1 trilyon dollar vəsait xərcləyəcək. Bu m...

İlhamə Elşadqızı məhkəmədə ifadə verdi - FOTO

"TikTok"da əxlaqsızlığın təbliğinə qarşı keçirilən əməliyyatlarla bağlı həbs olunan şair İlhamə Elşadqızı barəsində olan cinayət işi üzrə məhkəmə pros...