"Bu, İranın arqumentlər qarşısında aciz qaldığının, sözünün bitdiyinin göstəricisidir” - ŞƏRH

"İran SEPAH generallarını önə verərək məsələdən diqqəti yayındırır. Bu, İranın cavabının olmadığının və arqumentlər qarşısında aciz qaldığının, sözünün bitdiyinin göstəricisidir”.

Sfera.az bildirir ki, bunu siyasət yazarı Aqşin Kərimov deyib. O, şəhid məzarı önündə İsrail əleyhinə Qum-un dili ilə danışanlara da diqqət çəkib: 
"Bəs o "dindarlar” necə yetişdirilir? Qum dini-elmi hövzəsi adlanan kompleksdə təhsil alan vətəndaşlarımızın əksəriyyəti əl-Məhdi və əl-Mustafa Beynəlxalq İslam Universitetindən məzun olurlar. Burada İslam dininin şiə məzhəbinin "isna aşariyyə” ("on iki imam”) etiqadı zəminində İslam İnqilabının ideya qaynağı sayılan "vilayəti-fəqih” (dini rəhbərin hakimiyyəti) konsepsiyasına uyğun tədris həyata keçirilir.

Həmçinin, dini təhsil almış vətəndaşlarımıza təkcə dini biliklər verilmir - Azərbaycanın tarixi, mədəniyyəti, tarixi coğrafiyası, Azərbaycan xalqının etnogenezi barədə xarici maraqlara uyğun təhrif olunmuş məlumatlar da aşılanır. Beləliklə, həmin şəxslər ideoloji assimilyasiyaya məruz qalırlar. Zamanla bunun təzahürlərini görürürük. Məsələn, İrandan basılan düymə ilə etnik amil məsələsi qabardılır. Tədris zamanı təqaüdlər (şəhriyyə-aylıq məvacib) alan tələbələr Azərbaycan qayıtdıqdan sonra da fəallıqlarından asılı olaraq məvacib almaqda davam edirlər”.

A.Kərimov qeyd edib ki, ölkədə onların yerli mühitə adaptasiya oluna bilməmələri, işlə təmin olunmamaları, nəticədə həmin məzunların xaricdən ideoloji asılılıqla bərabər, həm də maddi cəhətdən asılı vəziyyətə düşmələri ilə nəticələnir:

"Bu amillər məzunları din xadimindən daha çox məzhəb maraqlarına uyğun peşəkar təbliğatçı kimi yetişməsini təmin edir. Nəticədə İranda dini təhsil almış şəxslər təbliğatda məntiqi ardıcıllıqla fəlsəfi biliklərindən psixoloji təsir vasitəsi kimi yararlanırlar. Öz fikirlərini Quran ayələri ilə möhkəmləndirirlər. Məqsəd kütləyə nüfuz edərək inandırma qabiliyyətini artırmaqdır.

İranda əsas dini təhsil Qumdadır, bununla belə Məşhəd, İsfahan və Təbrizdə də ilahiyyat təhsili verən qurumlar mövcuddur. Azərbaycanlı qadınlar da İranda dini təhsilə cəlb edilir – özü də yaxınları bu işdə xüsusi canfəşanlıq göstərirlər”.

Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Rusiyada“WhatsApp” MMC və “Signal Messenger” MMC cərimələndi

Moskvanın Taqanski Rayon Sülh Məhkəməsi “WhatsApp” və “Signal” messencerlərini Rusiya qanunlarına tabe olmamaqda günahlandırıb.  ...

"Azərbaycan və Ermənistan "İbrahim sazişi"nə qoşula bilər" - ABŞ-dən İDDİA

Azərbaycan və Ermənistan İbrahim razılaşmasına qoşula bilər.   Sfera.az xəbər verir ki, bunu ABŞ-nin xüsusi elçisi Stiv Vitkoff “Breitbart News...

Qadının əməliyyatdan sonra ölməsi ilə bağlı şok açıqlama

Kürdəmirdə xəstə əməliyyatdan sonra dünyasını dəyişib.   Sfera.az Report-a istinadən xəbər verir, ki hadisə rayon mərkəzi xəstəxanasında qeydə a...

Bakının bu qəsəbəsi qazsız qaldı

Bu gün Xəzər rayonunun Şağan qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.   Bu barədə Sfera.az-a “Azəriqaz” İstehsalat Bir...

İcra başçısının müavini 11 ay sonra işdən çıxdı

İmişli Rayon İcra Hakimiyyəti başçısının müavini Ruslan Məmmədov (Eldaroğlu) vəzifəsindən istefa verib.   Sfera.az xəbər verir ki, bu barədə Rus...

Rusiya ABŞ-nin təzyiqlərinə tab gətirəcəkmi? - "Artıq döyüşlərin intensivliyi azalıb"

ABŞ administrasiyası Rusiya-Ukrayna münaqişəsinin həlli istiqamətində irəliləyiş əldə olunmayacağı təqdirdə Moskvaya qarşı indiyədək tətbiq olunmamış, daha sərt...