Rusiya ölkədəki miqrantların sayını AÇIQLADI

Rusiya ölkədəki miqrantların sayını AÇIQLADI
Rusiyada hazırda 7 milyon xarici ölkə vətəndaşı var.

Sfera.az  TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Daxili İşlər Nazirliyinin Miqrasya məsələləri üzrə Baş İdarənin rəisi polis general-leytenantı Valentina Kazakova bildirib.

Onun sözlərinə görə, Rusiyada qanunsuz miqrantların sayı elə çox deyil.

V.Kazakoba qeyd edib ki, Rusiya Federasiyası ərazisində qalma müddəti qanuni miqrantlar üçün icazə müddəti 2020-ci il martın 15-dən 2021 -ci il sentyabrın 30-dək idi. Bu isə 2021-ci il dekabrın 30-dək uzadılıb.

O deyib ki, 2021-ci ildə 500 min əcnəbi Rusiya vətəndaşlığını qəbul edib: "Onların çoxu Ukrayna vətəndaşlarıdır”.

OXŞAR XƏBƏRLƏR