AŞPA-dakı deputat qrupumuza sərt ittiham: “İzahat versinlər, qarşısını niyə almadılar?”

AŞPA-dakı deputat qrupumuza sərt ittiham: “İzahat versinlər, qarşısını niyə almadılar?”
"AŞPA-da Qarabağ müharibəsinin humanitar nəticələri ilə bağlı qəbul edilən qətnamə haqsız və əsassızdır. Qətnamənin mətni ilə tanış oldum və deyə bilərəm ki, "sənəd” daha çox ermənilərin mövqeyini əks etdirir”.

Bu sözləri Sfera.az-a "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasında "Ermənistan və Azərbaycan arasındakı münaqişənin humanitar nəticələri" adlı qəbul etdiyi qətnamə haqda danışarkən deyib.

O, bildirib ki, qətnamə büsbütün Azərbaycan əleyhinədir: "Birincisi, Azərbaycan Prezidentinin fərmanı ilə "Dağlıq Qarabağ” adlı ərazi bölgüsü ləğv edilsə də, AŞPA-nın qətnaməsində məhz bu söz birləşməsindən istifadə edilir. Başqa sözlə, AŞPA Azərbaycan dövlətinin qərarı ilə hesablaşmadığını ortaya qoyub. İkincisi, qətnamədə Azərbaycandan "erməni əsirləri” azad etməsi tələb olunur. Halbuki biz deyirik ki, 9 noyabrdan sonra ələ keçirənlər diversantdırlar. Ancaq AŞPA ermənilər kimi deyir ki, "onlar əsirdirlər və Ermənistana təhvil verilməlidirlər”.
 
Üçüncüsü, qətnamədə bölgədəki "erməni irsinin və mədəniyyət abidlərinin” qorunması vacibliyi vurğulanıb. AŞPA qətnaməsində "erməni irsinin” Qafqaz Albaniyası termini ilə əvəz edilməsindən narahatlıq vurğulanıb”.
 
Politoloqun sözlərinə görə, Azərbaycanın AŞPA-dakı deputat qrupu əleyhimizə yönələn bu qətnamənin qarşısını niyə ala bilmədiklərini izah etməlidir:

"Deputat qrupumuz antiazərbaycan qətnaməsinin hazırlandığı dövrdə mətnə zəruri düzəliş və əlavələrin edilməsi üçün fəaliyyət göstəribmi? Nəsə etməyə çalışıblarsa, necə olub ki, AŞPA qatı ermənipərəst qətnamə qəbul edib? Nümayəndə heyətimiz AŞPA binasında xarici həmkarlarının qatılmadığı sərgi keçirməkdənsə, var gücüylə antiazərbaycan qətnaməsinin qəbulunun qarşısını almalı idi”.

Qeyd edək ki, məsələ ilə bağlı Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) deputatlarına müraciət etsək də telefonlarımıza cavab verən olmadı.
 
Turan Rzyaev
 

OXŞAR XƏBƏRLƏR

Tərtərdə minik avtomobili traktora çırpıldı

Tərtərdə sürücünün xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az  xəbər verir ki, rayonun Evoğlu kəndi ərazis...

Evində modem olanların NƏZƏRİNƏ: Dərhal bunu edin, yoxsa… – VİDEO

Evlərimizdə səssiz şəkildə işləyən köhnə və yenilənməmiş internet yönləndiriciləri (router) kibercinayətkarlar üçün cəlbedici hədəflərə çevrilir. Bu barədə ABŞ ...

Ərdoğan Trampa təşəkkür etdi

Xəbər verdiyimiz kimi, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, ABŞ lideri Donald Tramp, Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi Məhəmməd bin Salman və ...

“iPhone 17” bu tarixdə satışa çıxarılacaq

“Apple” 2025-ci ildə təqdim edəcəyi yeni nəsil “iPhone 17” modeli ilə texnologiya dünyasının diqqət mərkəzinə düşməyə hazırlaşır. Şirkət...

Bakıda cibgirlik edən Əlcəzair vətəndaşları saxlanıldı

Bakının mərkəzində cibgirlik edən Əlcəzair vətəndaşları saxlanılıb.   Sfera.az xəbər verir k, Səbail Rayon Polis İdarəsi 9-cu Polis Bölməsi əmək...

ABŞ bu silahlara görə 1 trilyon dollar xərcləyəcək

ABŞ hökuməti, qarşıdakı on il ərzində nüvə silahlarının idarə olunması, saxlanması və modernləşdirilməsi üçün təxminən 1 trilyon dollar vəsait xərcləyəcək. Bu m...