Putinin Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi ilə bağlı dedikləri nəyə işarədir? - ŞƏRH

Putinin Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi ilə bağlı dedikləri nəyə işarədir? - ŞƏRH
"Görüşün həm Suriya, həm də Cənubi Qafqazda proseslərə təsir edəcəyi şübhəsizdir”.
 
Sfera.az bildirir ki, bunu siyasi şərhçi Asif Nərimanlı Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğanın Rusiya prezidenti Vladimir Putinlə Soçi görüşündən danışarkən deyib. 

Onun sözlərinə görə, görüşdə bizim maraqlarımız fonunda diqqətçəkən məqam Putinin Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin Azərbaycan-Ermənistan sərhədində atəşkəsə nəzarətdə də fəal işlədiyinə dair dedikləridir:

"Bunu Rusiyanın Qarabağda tərəf kimi qəbul etdiyi Türkiyəni Azərbaycan-Ermənistan sərhəd məsələsində də tərəf gördüyü kimi şərh etmək olar. Bu iki kontekstdə Bakının maraqlarına uyğundur:

1. Türkiyənin bölgədə Azərbaycanın ərazi bütövlüyü və sərhəd toxunulmazlığının qarantı olduğunu Rusiya qəbul edir: bu, Moskvanı mümkün təhdidlərdən çəkindirən amildir. İstisna deyil ki, Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin Azərbaycan-Ermənistan sərhədində də atəşkəsə nəzarət prosesinə qoşulması Şuşa Bəyannaməsi imzalanmasından sonra Moskvanın qarşısını qaldırılıb və qəbul etdirilib;

2. Azərbaycan-Ermənistan sərhədində atəşkəsə nəzarətdə iştirak edən Türkiyə sərhədin demarkasiya və delimitasiyası, eləcə də sərhəd müqaviləsinin imzalanması prosesində də iştirak edə bilər”.

Politoloq Elxan Şahinoğlu isə görüşlə bağlı qeyd edib ki, Kreml sahibi artıq keçmiş illərdən fərqli olaraq, Rusiyanın bölgədə Türkiyənin maraqlarını nəzərə almadan hərəkət edə bilməyəcəyini anlayır:

"Ancaq Putin eyni zamanda Türkiyənin də Cənubi Qafqazdakı maraqlarıyla hesablaşmasını istəyir. Aydındır ki, Kreml Azərbaycanın və Türkiyənin maraqlarını tam şəkildə nəzərə almayacaq və bir görüşlə bütün suallara cavab vermək mümkün deyil. Buna baxmayaraq, Soçidə Türkiyə və Rusiya prezidentlərinin növbəti görüşü Azərbaycanın maraqlarına cavab verir. Bu görüşlərin mütəmadi keçirilməsi və liderlər arasında telefon danışıqları tərəflərin bir-birindən asılılığını artırır. Əlbəttə, hər iki dövlətin liderinin baxışlarında fərqlər də var, ancaq önəmli olan dialoqun davam etməsi və ortaq nöqtələrin tapılmasıdır”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

“iPhone 17” bu tarixdə satışa çıxarılacaq

“Apple” 2025-ci ildə təqdim edəcəyi yeni nəsil “iPhone 17” modeli ilə texnologiya dünyasının diqqət mərkəzinə düşməyə hazırlaşır. Şirkət...

Bakıda cibgirlik edən Əlcəzair vətəndaşları saxlanıldı

Bakının mərkəzində cibgirlik edən Əlcəzair vətəndaşları saxlanılıb.   Sfera.az xəbər verir k, Səbail Rayon Polis İdarəsi 9-cu Polis Bölməsi əmək...

ABŞ bu silahlara görə 1 trilyon dollar xərcləyəcək

ABŞ hökuməti, qarşıdakı on il ərzində nüvə silahlarının idarə olunması, saxlanması və modernləşdirilməsi üçün təxminən 1 trilyon dollar vəsait xərcləyəcək. Bu m...

İlhamə Elşadqızı məhkəmədə ifadə verdi - FOTO

"TikTok"da əxlaqsızlığın təbliğinə qarşı keçirilən əməliyyatlarla bağlı həbs olunan şair İlhamə Elşadqızı barəsində olan cinayət işi üzrə məhkəmə pros...

Putinin səssizliyi Trampı əsəbləşdirdi: “İkinci sanksiyalar qapıdadır”

ABŞ Prezidenti Donald Tramp, Rusiya Prezidenti Vladimir Putinin İstanbulda keçiriləcək atəşkəs danışıqlarına qatılıb-qatılmayacağı ilə bağlı açıqlama verib. Tra...

Daşkəsəndə bir ailənin 3 üzvü dəm qazından zəhərlənib

Mayın 14-də saat 00:30 radələrində 3 nəfər (1-i qadın, 2-si kişi cinsli olmaqla) dəm qazından zəhərlənmə şübhəsilə Daşkəsən Rayon Mərkəzi Xəstəxanasının Təcili ...