"Qarabağ"lı zədələndi, "Omoniya" qarşısına çıxa bilməyəcək

Sabah Konfrans Liqasının 2-ci turu çərçivəsində "Omoniya” ilə üz-üzə gələcək "Qarabağ”a daha 1 futbolçu kömək edə bilməyəcək.

Sfera.az idmanxeber.az saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisinin aparıcı üzvü İsmayıl İbrahimli zədələnib.

​Əzələsində problem ortaya çıxan İsmayılın Nikosiyadakı görüşdə meydana çıxmayacağı dəqiqləşib. Amma futbolçu "Qarabağ”la birlikdə Kiprə aparılıb.

OXŞAR XƏBƏRLƏR