Kosobokov Anakşin - Həsənov görüşündə niyə iştirak etmədi? – Şərh

10:57 / 29.09.2021
776
"Müdafiə
naziri Zakir Həsənov Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya
sülhməramlılarının yeni komandanı Gennadi Anakşini qəbul edib. Anakşinin təqdimat
mərasimində Rüstəm Muradovun iştirak etməsinə rəğmən Qarabağda cəmi iki həftə xidmət
keçdikdən sonra geri çağırılmış Mixail Kosobokovun görünməməsi diqqət çəkib. Xatırladaq
ki, Kosobokovun yeni komandanın İrəvandakı təqdimetmə mərasimində iştirak
etmişdi. Bu isə onun geri çağırılmasında Azərbaycanın tələbinin rol oynadığı
fikrini gücləndirir”.
Bu sözləri
Sfera.az-a politoloq Asif Nərimanlı Azərbaycan Respublikasının müdafiə naziri
general-polkovnik Zakir Həsənovun Rusiya sülhməramlı qüvvələrinin yeni
komandanı general-leytenant Gennadi Anaşkin ilə görüşünü şərh edərkən deyib.
Politoloq sözlərinə
görə, ötən həftə Rüstəm Muradov general-leytenant Gennadi Anaşkini İrəvanda təqdim
edərkən, general-mayor Mixail Kosobokov da
Ermənistan müdafiə naziri Arşak Karapetyan ilə görüşüb:
"M.Kosobokov
bölgəyə gələn kimi Rusiya sülhməramlılarının indiyə qədər qeyri-adekvat fəaliyyətini
daha açıq müstəviyə keçirdi. Misal üçün, xəritə üzərində sülhməramlıların nəzarət
bölgələrini genişləndirdi, Laçın dəhlizini genişləndirmək istədiyinə dair məlumatlar
var idi və s. Kosobokovun
bölgədə olduğu vaxt diqqətçəkən hadisələrdən biri Azərbaycan əsgərinin Xocavəndin
Cütcü kəndi istiqamətində 1200 metr irəliləməsi, danışıqlardan sonra geri çəkilməsi
idi. İstisna deyil ki, bu irəliləmə məhz Kosobokovun (ümumilikdə Rusiyanın) təxribatlarına
cavab idi və orduya tapşırıqda möhkəmlənmək yox, "əzələ nümayişi” göstərməklə
bağlı olub. Bu hadisədən bir neçə gün sonra Kosobokovun Qarabağda cəmi iki həftə
çəkən fəaliyyətinə son qoyuldu”.
Politoloqun
sözlərinə görə, Anakşinin təyin olunması ilə sülhməramlılarının xəritəsində
edilən dəyişikliklər də Bakının tələbinin Moskva tərəfindən nəzərə alındığının
nümunəsi hesab oluna bilər:
Turan Rzayev