Terror təşkilatının sədrindən İDDİA: "Bayden bizə söz verib"

09:57 / 29.09.2021
568
YPG/PKK terror təşkilatının lideri "Məzlum Kobani” kod adlı Fərhad Abdi Şahini ABŞ prezidenti Co Baydenlə anlaşdığını etiraf edib.
Sfera.az bildirir ki, bu barədə Kobani "The Times” qəzetinə müsahibəsində deyib. O, ABŞ ordusunun 20 ildən sonra Əfqanıstanı tərk etməsindən sonra qorxduğunu, eyni sonluqla üzləşəcəklərini düşündüyünü bildirib.
Onun sözlərinə görə, Co Bayden bununla bağlı onlara təminat verib:
"Bayden bizə "Sizi tərk etməyəcəyik. Suriya Əfqanıstan kimi olmayacaq. Bura ilə bağlı siyasətimiz tamamilə fərqlidir”, dedi”.
Kobani, Baydenin bu zəmanəti ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri general Kennet Makkenzini göndərərək verdiyini də vurğulayıb. O, həmçinin ABŞ-ın Yaxın Şərq, Asiya işləri üzrə Dövlət Departamentinin müşaviri Joey Hoodla görüşdüyünü əlavə edib.
Günay Rəsulqızı
Sfera.az