Aytən Səfərova "Xəzər"də işə başladı

Aytən Səfərova
Aparıcı Aytən Səfərova Xəzər televiziyasında fəaliyyətə başlayıb.

Sfera.az xəbər verir ki, o, bu haqda sosial şəbəkədə yazıb.

Teleaparıcı "Xəzər” televiziyasının studiyasından foto paylaşaraq "Hazırlaşırıq",-deyə vurğulayıb. O bildirib ki, səhər verilişi təqdim edəcək.

Qeyd edək ki, Aytən Səfərova bir müddət əvvəl ATV-dən ayrılıb.

OXŞAR XƏBƏRLƏR