Almaniyanın yeni hakimiyyəti Azərbaycan siyasətində dəyişiklik edəcəkmi? - Açıqlama

Siyasət
15:06 / 28.09.2021
866
"Bu məsələdə
əsas məqam Almaniyanın yeni hökumətilə Türkiyə arasında münasibətlərinin necə
olacağından asılıdır”.
Bu sözləri
Sfera.az-a açıqlamasında Almaniyanın postMerkel dövründə Azərbaycanla əlaqələrinin
hansı istiqamətdə cərəyan edəcəyini dəyərləndirərkən, politoloq Əlimusa
İbrahimov deyib:
"Almaniya
Azərbaycanla münasibətlərə uzun müddət elə də ciddi önəm vermirdi. Berlin bu
müddət ərzində Azərbaycanda gedən proseslərə ciddi təsir göstərmirdi. Avropanın
bir nömrəli ölkəsinin regionumuza münasibətində loyallıq hökm sürürdü. Berlin
bölgəmizə münasibətdə əsasən Avropa Birliyi ölkələrilə eyni siyasəti yürüdüb”.
Ekspert
bildirir ki, Berlin regionumuza münasibətdə Rusiya amilini hər zaman nəzərə
alıb: "Onlar regiondakı 3 ölkəyə Rusiya ilə münasibətləri kontekstində yanaşıb.
Onun nəticəsidir ki, bu günə qədər Almaniya Cənubi Qafqaza ciddi önəm verməyib”.
Həmsöhbətimiz
düşünür ki, Almaniyada hakimiyyətə yiyələnən yeni qüvvələrə Cənubi Qafqaz və Azərbaycanla
bağlı siyasi prioritetlərini müəyyənləşdirmək üçün bir neçə il lazım gələcək:
"Yalnız
bundan sonra Almaniyadakı yeni hökumətin Azərbaycana hansı münasibət sərgiləyəcəyini
dəqiq söyləmək olar. Yeni qüvvələr Bakı ilə münasibətdə əvvəlki kursu davam
etdirəcəksə, Azərbaycana Berlin tərəfindən ciddi dəstəyin olacağını düşünmürəm.
Yeni hökumətin də mövcud siyasətdə ciddi dəyişikliyə gedəcəyi gözlənilmir.
Əslində, bu məsələdə əsas məqam Berlin-Ankara münasibətlərinin necə olacağından
asılıdır. Bu münasibətlər kontekstində Berlin müəyyən dərəcədə Azərbaycana da
rol ayıra bilər.
Elçin