“Taliban”ın təyin etdiyi rektor universiteti qızlar üçün bağlı elan etdi - "Fahişəlik yuvalarıdır..."

Dünya
12:41 / 28.09.2021
844
"Taliban” tərəfindən təyin olunan Kabil
Universitetinin yeni rektoru dünən qadınların universitetlərdə müəllim və ya tələbə
kimi iştirak etmələrini qeyri - müəyyən müddətə qadağan etməsii
barədə qərar imzalayıb.
Sfera.az xəbər verir ki, Məhəmməd Əşrəf Qаirat
bununla bağlı açıqlama verib:
"Kabil Universitetinin rektoru olaraq sizə söz
verirəm, hər kəs üçün əsl İslam mühiti qurulmayınca qadınların universitetlərə
girməsinə və işləməsinə icazə verilməyəcək. Hər şeydən əvvəl İslamdır".
Əzizə Zeynal
Sfera.az