“Almaniya üçün Merkelsiz çətin olacaq?” – O, niyə qalib gələ bilmədi?

“Almaniya üçün Merkelsiz çətin olacaq?” – O, niyə qalib gələ bilmədi?
"Angela Merkelsiz Almaniya üçün çətin olacaq. Merkel dövrümüzün 5-6 dahi siyasətçisindən biridir. Digər tərəfdən, o bir çox məsələdə Almaniya üçün balans yarada bilirdi. Bu mənada onun yoxluğu Almaniyada hiss ediləcək”.
 
Bu sözləri Sfera.az-a politoloq Turab Rzayev Almaniyada Sosial Demokrat Partiyasının ölkədə keçirilən seçkinin qalibi olması haqda danışarkən deyib.
O bildirib ki, Sosial Demokrat Partiyasının keçirilən seçkilərdə qələbə qazanması Almaniya üçün yenilik oldu:

"Məsələ ondadır ki, Almaniyada adətən sağ partiyalar hakimiyyətə gəlirdi. İndi isə hakimiyyətə Almaniya Sosial Demokrat Partiyası gəldi. Bu partiya adından da göründüyü kimi, sol partiyadır və Almaniyada sol meyilli partiyalar daha çox Rusiyaya yaxınlığı ilə bilinir. Ehtimal ki, bu gələcəkdə rəsmi Berlinin Avropa İttifaqı və NATO ilə münasibətlərində müəyyən narazılıqlar yarada bilər.

Ümumiyyətlə, Merkelsiz Almaniyanın əvvəlki mövqeyini saxlaya biləcəyindən əmin deyiləm. Bununla belə deyə bilərəm ki, Almaniyanın dövlət aparatı çox güclü işləyir. Yəni Merkel və ya bir başqasından asılı olmayaraq rəsmi Berlin siyasətini nadir hallarda dəyişir”.
 
Politoloqun sözlərinə görə, Merkelin seçkilərdə qələbə qazana bilməməsinin digər səbəbi də onu dəstəkləyən neonasistlərin lazımi aktivliyi göstərməməsidir:

"Ümumiyyətlə son illərdə Avropada, xüsusilə də Almaniyada ultramiliyətçi sağ meyilli Angela Merkelin də ən böyük dəstəkçilərindən olan neonasistlərin nüfuzu artmaqda idi. Təsadüfi deyil ki, sayları günü-gündən artan neonasistlər Merkelə dəstək olmaqla yanaşı, artıq təşkilatlanaraq partiya halına belə keçməyə hazırlaşırdı. Lakin budəfəki seçkilərdə neonasistlərin gözlənilən nəticəni doğrultmaması belə bir nəticəyə gəlməyə əsas verir ki, neonasistlərin nüfuzu əvvəlki kimi deyil və günü-gündən azalır”.

T. Rzayev Olaf Şoltsun liderliyi ilə qurulacaq Sosial Demokrat Partiyasının hökuməti ilə Azərbaycan münasibətləri haqda danışıb:

"Almaniya-Azərbaycan münasibətləri olduğu kimi davam edəcək. Lakin burada Yaşıllar Partiyasının mövqeyini nəzərə almaq lazımdır. Çünki Yaşıllar Partiyası bir neçə dəfə Azərbaycana qarşı radikal mövqedən çıxış edib. Sosial Demokratlar Yaşılların bu mövqeyini yumşaldaraq balans yaratmağa çalışacaq”.
 
Turan Rzayev
 

OXŞAR XƏBƏRLƏR