Kanadada dəhşətli mədən qəzası: 39 işçi yerin altında qaldı

Dünya
11:06 / 28.09.2021
590
Kanadada "Totten” adlı kömür mədənində qəza baş verib.
Sfera.az bildirir ki, hadisə Sadberi şəhərində qeydə alınıb. Belə ki, ötən gün işçiləri daşıyan vasitə yoldan çıxaraq qəzaya səbəb olub və nəticədə 39 nəfər işçi yerin altında qalıb.
Braziliyanın "Vale SA” şirkəti mədənçilərin sağlamlıq durumlarının yaxşı olduğunu bildirib. Eyni zamanda bütün işçilərin xilasetmə əməliyyatının davam etdiyi qeyd edilib. Məlumata görə, onlar mədənin ikinci çıxışı ilə təxliyə olunacaqlar.
Türkan
Sfera.az