Dünyanın ən zəngin 5 ailəsi – 238 milyard dollarlıq sərvət...

Dünyanın ən zəngin 5 ailəsi – 238 milyard dollarlıq sərvət...
Blomberq dünyanın ən zəngin ailələri barədə yazı yayımlayıb.
 
Sfera.az xəbər verir ki, siyahıda qeyd olunan ailələrin sərvəti pandemiya dönəmində azalmaq əvəzinə çoxalıb.

Ən zəngin ailələr siyahısının top 5-liyi isə belədir:

5. Əl Suud ailəsi: Kral ailəsinin sərvətinin 100 milyard dollardan çox olduğu təxmin edilir. 

4. HERMES ailəsi: Ailə yüz minlərlə dollarlıq Birkin çantaları ilə məşhur olan Fransız lüks moda şirkətinə sahibdir. Şirkətdə yüksək vəzifələrdə çalışan ailə üzvləri arasında Pierre-Alexis Dumas və Axel Dumas da var. 

3. Koch Ailəsi: Çarlz və David qardaşlar illik gəliri 115 milyard dollar olan "Koch Industries"ə sahibdirlər.

2. Mars ailəsi: Frank Mars 1902 -ci ildə 19 yaşında doşab satmağa başlayıb. Daha sonra o, işlərini böyüdərək M&Ms və şokoladları ilə tanınan Mars şirkətini yaradıb. Ailənin ümumi sərvəti 141.9 milyard dollardır. 

1. Uolton ailəsi: "Walmart” dünyada 1050-dən çox mağazadan ibarət 559 milyard dollarlıq satışla, gəlirinə görə dünyanın ən böyük pərakəndə satıcısıdır. Uolton ailəsi dünyanın ən böyük sərvətinin əsasını təşkil edən pərakəndə satış şirkətinin 48%nə sahibdir. Ailənin ümumi sərvəti isə 238.2 milyard dollar təşkil edir. 

Əzizə Zeynal
Sfera.az


OXŞAR XƏBƏRLƏR