Azərbaycan və Türkiyə XİN başçıları bölgədəki vəziyyəti müzakirə etdilər

Siyasət
12:32 / 27.09.2021
579
"Mövlüd Çavuşoğlu ilə ötən həftə Nyu-Yorkda və burada ölkələrimiz arasında həyata keçirilən çoxşaxəli layihələri imkan tapıb müzakirə etdik".
Sfera.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türk Şurası Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclasındana sonra keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, Türkiyə XİN rəhbəri ilə bölgədəki son vəziyyəti, dəyişikliklər və dinamikanı da müzakirə etdik: "Biz hər zaman fürsət olan kimi belə müzakirələri həyata keçiririk".