"Hazırda ərazilərimizdə yaşayan ermənilər seçim etməli olacaqlar" - Razi Nurullayev

"Bəzən qələbə sözü kimlərdəsə qıcıq doğurur. Bunu anlaya bilmirəm”.
 
Sfera.az bildirir ki, bunu Milli Məclisin deputatı Razi Nurullayev deyib. O, hələ tam aydınlaşmayan məsələlərin olduğunu qeyd edib:
 
"Rus sülhməramlılarının nəzarətində olan bəzi ərazilər var. Amma 44 gün ərzində Qarabağın işğal nəticəsində itirilən torpaqları azad edilib. Biz axı Lələtəpənin azad edilməsini illərlə bayram etmişdik. Necə olur ki, bu boyda ərazinin azad edilməsinə mız qoya bilirik?  Xankəndi də Azərbaycandır. Sadəcə indi sülhməramlıların nəzarətində olan ərazilərdə də iki yüz əvvəl ora köçürülən ermənilər yaşayırdı”.
 
Deputat bildirib ki, hazırda ərazilərimizdə yaşayan ermənilər də seçim etməli olacaqlar:
 
"Ya Azərbaycan vətəndaşlığını qəbul edib bizim pasportumuzla yaşayacaqlar, ya da çıxıb Ermənistana gedəcəklər. Bir az da səbr edək. İndi isə torpaqları azad edən, bu sevinci bizə yaşadan müharibə iştirakçılarının, əsgər və zabitllərimizin, şəhid ailələrinin qeydinə qalmalıyıq. Bu gün hələ də qapısı döyülməyən, diqqətə, qayğıya, işə ehtiyacı olan müharibə iştirakçıları var. Səfərbər olub onlara kömək olmaq, diqqətdə saxlamaq vacibdir”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Azad edilmiş daha 8 rayona şəxsi maşınla GETMƏK OLACAQ

Vətəndaşların işğaldan azad edilmiş ərazilərə fərdi avtomobillərlə səfərlərinin istiqamətləri genişləndirilir.   Sfera.az xəbər verir ki, bu bar...

Ərdoğan, Tramp, Salman və Şara görüş keçirdi

ABŞ Prezidenti Donald Tramp Suriya administrasiyasının yeni rəhbəri Əhməd əş-Şara ilə görüşüb.   Sfera.az xəbər verir ki, bu barədə “Əl Ər...

Tramp suriyalıları sevindirdi - Sanksiya qərarı coşqu ilə qarşılandı - FOTO -VİDEO

Suriyada küçələr və meydanlar ABŞ Prezidenti Donald Trampın sanksiyaları ləğv etmə qərarından sonra bayram əhval-ruhiyyəsi ilə dolub-daşdı.   Sfera.a...

Günahsız olduğu bilindi - 38 ildən sonra azadlığa buraxıldı - FOTO

1987-ci ildə törədilən qətldə təqsirləndirilərək 38 il həbsdə saxlanılan Böyük Britaniya vətəndaşı 68 yaşlı Piter Sallivanın cinayət hökmü yeni genetik sübutlar...

DİN əməliyyat keçirdi: Saxlanılan var – VİDEO

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə...

Bu şəxslərə pulsuz ev veriləcək

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən ...