Azərbaycanda qaynata kürəkənini bıçaqladı

Kriminal
10:13 / 26.09.2021
1224
Göygöl rayonunda qaynata kürəkənini bıçaqlayıb.
Sfera.az xəbər verir ki, hadisə rayonun Hacıməlik qəsəbəsində baş verib.
1987-ci il təvəllüdlü Məhərrəmov Azər Qiyas oğlu bıçaqlanıb. Xəstəxanaya yerləşdirilən 34 yaşlı şəxsin vəziyyəti ağırdır.
Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.