Putinin 70 milyard dollar sərvəti varmış
19:53 / 02.07.2016
2035
Rusiya prezidenti Vladimir Putinin 70 milyard dollar sərvəti olması barədə iddialar gündəmə gəlib.
Beləliklə
Putin Bill Gatesdən sonra dünyanın ikinci ən zəngin insanı hesab olunmalıdır.
Sfera.az xəbər verir ki, iddialara görə, Sovet İttifaqının çökməsi ilə
Putin "Qazprom"un səhmlərinin 5 faizini, "Surqutneftegas"
şirkətinin səhmlərinin 50 faizini alıb. Qazpromun illik gəlirinin 100 milyard
olduğunu nəzərə alsaq 5 fazilik hissə milyonlarla dollar gəlir deməkdir.
Putinin
lüks saatlara həvəs göstərdiyi məlumdur. Araşdırmaya görə, onun "Philippe
Patek" markalı saatlardan ibarət kolleksiyasındakı saatların ümumi dəyəri
700 min dollar təşkil edir. Eyni zamanda prezidentin 40 milyon dollarlıq
yaxtasının, ölkə daxilində 20 villasının olduğu bildirilir. Bu villalardan biri
tarixi qəsrdir.
Hedge
fondunun baş direktoru Bill Brovder isə Putinin 2000 milyard dollar səvəti
olduğunu iddia edir. O bildirib ki, Putin 14 ildir Rusiyada hakimiyyədədir, bu
illər ərzində ölkə külli miqdarda sərvət qazanmasına baxmayaraq yollara və ölkənin
abadlaşdırılmasına vəsait sərf edilməyib. "Bu pullar İsveçrə banklarında
Putinin hesablarına yatırılıb".- deyə o bildirib
Rəsmi
qeydiyyata görə, Rusiya prezidentinin illik qazancı 187 min dollardır. O, 500 min dollar sərvətə malik olduğunu şəxsən
təsdiq edib.