Putinin 70 milyard dollar sərvəti varmış

Putinin 70 milyard dollar sərvəti varmış

Rusiya prezidenti Vladimir Putinin 70 milyard dollar sərvəti olması barədə iddialar gündəmə gəlib.


Beləliklə Putin Bill Gatesdən sonra dünyanın ikinci ən zəngin insanı hesab olunmalıdır.

Sfera.az xəbər verir ki, iddialara görə, Sovet İttifaqının çökməsi ilə Putin "Qazprom"un səhmlərinin 5 faizini, "Surqutneftegas" şirkətinin səhmlərinin 50 faizini alıb. Qazpromun illik gəlirinin 100 milyard olduğunu nəzərə alsaq 5 fazilik hissə milyonlarla dollar gəlir deməkdir.

Putinin lüks saatlara həvəs göstərdiyi məlumdur. Araşdırmaya görə, onun "Philippe Patek" markalı saatlardan ibarət kolleksiyasındakı saatların ümumi dəyəri 700 min dollar təşkil edir. Eyni zamanda prezidentin 40 milyon dollarlıq yaxtasının, ölkə daxilində 20 villasının olduğu bildirilir. Bu villalardan biri tarixi qəsrdir.

Hedge fondunun baş direktoru Bill Brovder isə Putinin 2000 milyard dollar səvəti olduğunu iddia edir. O bildirib ki, Putin 14 ildir Rusiyada hakimiyyədədir, bu illər ərzində ölkə külli miqdarda sərvət qazanmasına baxmayaraq yollara və ölkənin abadlaşdırılmasına vəsait sərf edilməyib. "Bu pullar İsveçrə banklarında Putinin hesablarına yatırılıb".- deyə o bildirib

Rəsmi qeydiyyata görə, Rusiya prezidentinin illik qazancı 187 min dollardır. O, 500 min dollar sərvətə malik olduğunu şəxsən təsdiq edib.

 



OXŞAR XƏBƏRLƏR

Samaranın keçmiş meri və xanımı güllələndi

Rusiyanın Samara şəhərinin keçmiş meri Viktor Tarxov və həyat yoldaşı güllələnərək öldürülüb.   Sfera.az xəbər verir ki, bu barədə hüquq-mühafizə orq...

Azərbaycan beynəlxalq məhkəməyə müraciət üçün hazırlıq işləri aparır

“Azərbaycan Hava Yolları”na məxsus təyyarənin ötən il dekabrın 25-də qəzaya uğraması ilə bağlı Qazaxıstan Nəqliyyat Nazirliyinin ilkin hesabatı açıq...

Abel Məhərrəmov Ali Məhkəmədə uduzdu

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, Milli Məclisin üçüncü və dördüncü çağırış deputatı olmuş Abel Məhərrəmovun adının hallandığı torpaq qalmaqalı ...

Həbsxanadan qaçan cinayətkarlar 140-dan çox qadın məhbusu öldürdülər

Konqonun Qoma şəhərində dəhşətli hadisə baş verib. Həbsxanadan qaçan cinayətkarlar həbsxananın qadın bölməsinə basqın edərək yüzlərlə qadına təcavüz edib, sonra...

Azərbaycanda iki nazir vəzifəsiBOŞDUR

Bu gün Prezident İlham Əliyevin sərəncamı ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev vəzifəsindən azad edilib və Prezidentin iqlim məsələləri üzrə n...

Laçının Bəylik kəndi yenidən qurulur - Hansı işlər görülür?

İşğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Laçının Bəylik kəndində də quruculuq işləri davam etdirilir.   Bir neçə aydan sonra illərlə y...