Qurban Qurbanov: "Qalib gəlməmişiksə, bunda heç nə axtarmırıq"

Qurban Qurbanov:
"Belə oyunlar il ərzində 1-2 dəfə olur. Kənardan oyun sönük görünürdü, sanki yuxu kimi idi. Amma 1 xal əldə etdik. Qalib gəlməmişiksə, bunda heç nə axtarmırıq".

Sfera.az-ın məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov səfərdə "Keşlə" ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının V tur matçından sonra mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis bildirib ki, yaxşı futbol üçün yaxşı meydança vacibdir: "Süni örtükdə topu düzgün ram etmək, sürətli oynamaq olmur. Müdafiədə oturan komandaya qarşı oynamaq üçün yaxşı meydança lazımdır. Bir neçə qol epizodu yaratsaq da, qələbə qazana bilmədik. Rəqib isə bir fürsətdən yararlandı. Futbolçularımız əziyyət çəkdi. "Keşlə"yə və Sənan Qurbanova uğurlar arzu edirəm".

Qurbanovun sözlərinə görə, Zubirin başla qol vurmağı yadına gəlmir: "Qoldan sonra sevinərək, mənə tərəf gəldilər. Bunun xüsusi bir səbəbi yoxdur".İ

OXŞAR XƏBƏRLƏR

Prezident: Azərbaycan beynəlxalq arenada Özbəkistanın imicinin artmasına ürəkdən sevinir

Biz Özbəkistanın sürətli inkişafını, bütün sahələrdə genişmiqyaslı islahatların həyata keçirilməsini böyük maraq və sevinclə müşahidə edirik. Özbəkistanın beynə...

Ölkədə yayılan virus COVID imiş...

Əhali arasında son günlər qrip simptomlarına bənzər virus yayılıb. Bu xəstəlik yüksək hərarət, boğazda ağrı, halsızlıq, burun axması, tutulması və bir sıra əlam...

Bu restoranlar cərimələndi

Bakı şəhərində fəaliyyət göstərən ictimai-iaşə obyektlərində 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Q...

Əfqanıstan Baş nazirinin müavini Azərbaycana səfərə gəlib

Azərbaycanın Baş naziri Əli Əsədov Əfqanıstanın Baş nazirinin müavini Əbdül Qani Baradarla görüşüb.   Sfera.az xəbər verir ki, bu barədə Nazirlər Kab...

Tokayev Azərbaycana təşəkkür etdi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Asiyada Etimad Tədbirləri Konfransının (AETİK) inkişafına töhfəsinə görə Azərbaycana təşəkkür edib.   Bu b...

Papa Əminə Ərdoğanı qəbul etdi

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan Vatikanda katoliklərin ruhani lideri və Vatikanın dövlət başçısı, Roma Papası 14-cü Leo ilə...