İqdırdan Azərbaycana yol çəkilməsi hansı üstünlüklər qazandıracaq? - Açıqlama

İqdırdan Azərbaycana yol çəkilməsi hansı üstünlüklər qazandıracaq? - Açıqlama
"İqdırdan Naxçıvana çəkiləcək yol ölkəmizin ticarət həcminin elastikliyinə nail olacağıq. Bu da mühüm əhəmiyyət kəsb edir. Layihənin uğur qazanacağını düşünürəm. İstər təcrübə baxımından, istər maddi-maliyyə dayanıqlığı, istərsə də idarəedici kadr potensialı nöqteyi-nəzərindən bu istiqamətdə ciddi təcrübəmiz var”.
 
Bu sözləri Sfera.az-a açıqlamasında İqdırdan Azərbaycana yol çəkiləcəyilə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səsləndirdiyi fikirlərə münasibət bildirərkən iqtisadçı ekspert Fuad İbrahimov deyib:
 
"Naxçıvan Muxtar Respublikası məlum səbəblərdən uzun müddət blokada şəraitində yaşayıb. Belə vəziyyətdə ümid yolu olaraq vaxtilə "Sədərək yolu”nun açılması ilə Türkiyə ilə Naxçıvan arasında əlaqələr quruldu. Bu yol birbaşa İqdırla Naxçıvanı birləşdirirdi”.

Ekspert qeyd edir ki, Zəngəzur dəhlizinin açılmasının gündəmdə olması fonunda, İqdırdan Naxçıvana çəkilən dəmir yolu Azərbaycanın Gürcüstan üzərindən keçən infrastrukturunun, əsasən də Bakı-Tiflis-Qars dəmir yolu xəttinin diversifikasiya olunması, yəni təkrarlanması və sığortalanması demək olacaq:
 
"Azərbaycan şərqlə qərbi, şimalla cənubu birləşdirən geostrateji mövqedə yerləşib. Bu xətlərin diversifikasiyası isə həm Azərbaycana yük daşımaların həcminin artımına, həm də ölkə daxilində istehsal olunan məhsulların rahatlıqla istənilən istiqamətə ixracının təmin edilməsinə şərait yaradacaq”.
 
Elçin
 

OXŞAR XƏBƏRLƏR

Ermənistanda hərbi hissədə mərmi partladı – 8 hərbçi YARALANDI

Ermənistanda hərbi hissədə mərmi partlayıb.   Sfera.az xəbər verir ki, bu barədə informasiyanı Ermənistan Müdafiə Nazirliyi yayıb.   Ha...

İyulun pensiyası bu tarixdə ÖDƏNİLƏCƏK

İyulun 11-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənilməsi nəzərdə tutulub.   Sfera.az xəbər verir ki, bu bar...

Avropada istiyə görə 2300-dən çox insan həyatını itirdi

Ötən həftə başa çatan kütləvi isti dalğası zamanı Avropanın 12 şəhərində 2300-ə yaxın insan dünyasını dəyişib.   Sfera.az xəbər verir ki, bu barədə L...

Tikdirdiyi binadan hər qızına 5 mənzil verəcək

Türkiyəli müğənni İbrahim Tatlıses Şanlıurfanın Dağeteği ilə Germüş bölgələri arasında yerləşən və təxminən 20 il əvvəl satın aldığı torpaq sahəsindən böyük qaz...

Məhərrəmlikdə onların bazarı "ölür"

Azərbaycanda Məhərrəm ayının başlaması ilə bir çox sahələrdə bazarın durğunluğu müşahidə olunur. Xüsusilə Aşura günü və ondan sonrakı günlərdə əyləncə, şənlik v...

Uşaqların inkişafında cəmiyyətin rolu - ARAŞDIRMA

Uşaq və gənclərin inkişafı istənilən cəmiyyətin gələcəyinin təminatıdır. Onların fiziki və mənəvi sağlamlığı həm fərdi xoşbəxtlik, həm də sosial rifah baxımında...