30 məktəbə yeni direktor TƏYİN EDİLDİ

30 məktəbə yeni direktor TƏYİN EDİLDİ
Direktor vəzifəsinə işə qəbul üzrə müsahibələrin ilkin mərhələsində imtahan nəticəsi 36 baldan çox olan 132 namizəd iştirak edib. Müsahibə mərhələsində 30 namizəd uğur qazanıb və onlarla adaptasiya proqramı həyata keçirilib. 

Sfera.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, adaptasiya proqramı çərçivəsində "Məktəb idarəçiliyinin ümumi əsasları”, "Təhsilin keyfiyyətinin artırılması və məktəb direktorlarının rolu”, "Strateji və operativ planlaşdırma”, "Məktəbdə öyrədici mühitin yaradılması”, "Məktəbdaxili monitorinq sistemi”, "Şagird nailiyyətlərinin qiymətləndirilməsi”, "Məktəbdə maliyyə məsələləri, əməkhaqqı və tarifikasiya cədvəllərinin hazırlanması” və s. mövzularda təlimlər keçirilib.
 
Proqram başa çatdıqdan sonra həmin şəxslərlə əmək münasibətləri rəsmiləşdirilib və direktor vəzifəsinə işə qəbul olunublar. 

Qeyd edək ki, tezliklə direktor vəzifəsinə işə qəbul üzrə müsahibələrin ikinci mərhələsi həyata keçiriləcək. İkinci mərhələyə imtahan nəticəsi 30 baldan daha çox olan namizədlər dəvət olunacaq. 

OXŞAR XƏBƏRLƏR

Qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirildi

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən qardaşlar Ziyəddin və Hüseyn Səfərovların cənazəsi dəfn üçün səhər saatlarında Ağcabədiyə gətirilib.  ...

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...

Bu tarixdə görüşəcəklər

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.  ...

"Torba-torba pul paylayırdım" - Əməkdar artist görün nələr danışdı

"Azərbaycana şounu mən gətirmişəm. İlk şou-proqramı mən yaratmışam və ilk şoumeni mənəm".   Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar art...