Qazi və şəhidlər ailələrinə medallar təqdim edildi

Qazi və şəhidlər ailələrinə medallar təqdim edildi
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Vətən müharibəsində təltif edilmiş Silahlı Qüvvələrin hərbi qulluqçularına Yasamal rayon İcra Hakimiyyətində medalların təqdimetmə mərasimi keçirilib.

Sfera.az-ın məlumatına görə, tədbirdə çıxış edən Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov qeyd edib ki, Vətən müharibəsində qazanılan qələbə Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, qazi və şəhidlərimizin cəsarəti sayəsində mümkün olub. 44 günlük müharibədə əsgər və zabitlərimizin göstərdiyi qəhrəmanlıq daima yaddaşlarda qalacaq.
 
Elşad Həsənov bildirib ki, bu qələbəyə görə Ali Baş Komandan İlham Əliyevə, şəhidlərə və qazilərə borcluyuq.
 
Tədbirdə qeyd edilib ki, Yasamal rayon İcra Hakimiyyətində "Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi” yaradılıb və qazi və şəhid ailələrinə dəstək olmaq üçün maksimum səy göstərilir.
 
Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun sözlərinə görə, Yasamal rayonunda qazi və şəhid ailələrinə artıq üçüncü dəfədir ki, təltiflər təqdim edilir.

Daha sonra qazi və şəhid ailələrinin üzvlərinə təltiflər təqdim edilib. Qazilər dövlətin diqqət və qayğısına görə Ali Baş Komandan cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər

Qeyd edək ki, tədbirdə millət vəkilləri Elnur Allahverdiyev, Ülvi Quliyev, Erkin Qədirli, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon İdarəsinin rəisi Ramin Şükürov, Yasamal rayonu Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov və Yasamal rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
 

OXŞAR XƏBƏRLƏR

"Fitch"dən neftlə bağlı proqnoz: ucuzlaşacaq

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi 2025-ci il üçün neft qiyməti ilə bağlı baza proqnozunu bir barel üçün 70 dollardan 65 dollara endirib. ...

Banqkok hava limanında insident: Sərnişin təyyarədən çıxarıldı - FOTO

Banqkokdan uçan “Thai Lion Air” reysi qəza çıxışının yaxınlığındakı oturacağa keçmək istəyən sərnişinlə yaşanan konflikt səbəbindən təxminən bir saa...

Sabah 37 dərəcə isti olacaq

Azərbaycanda iyunun 28-i havanın yağmursuz keçəcəyi gözlənilir.   Sfera.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat ver...

Baş Prokurorluq kinostudiyadakı partlayışın ilkin ehtimalını açıqladı

“Azərbaycanfilm” kinostudiyası ərazisində yerləşən, film istehsalı zamanı partlayış, yanğın, atəş və tüstü effektlərinin icrası üçün nəzərdə tutulan...

Gömrüklə bağlı yeni qadağa: bunu edə bilməcəyəksiniz

“Gömrük məcəlləsinə təklif edilən dəyişikliklər Milli Məclisin plenar iclasında birinci oxunuşda qəbul olundu. Dəyişikliklər borcunun ödənilməsi sahəsində...

İranda çevriliş ehtimalı: Xameneidən sonra hakimiyyətə onlar gələ bilər

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ölkənin Ali rəhbəri Əli Xamneidən sonra çevriliş yolu ilə hakimiyyəti ələ keçirə bilər.   Sfera.az Te...