Zəlimxan Yaqubun prokuror oğlu “Bu yaşıl ağacın altı bizimdir” mahnısından danışdı

Zəlimxan Yaqubun prokuror oğlu “Bu yaşıl ağacın altı bizimdir” mahnısından danışdı
"Zəlimxan Yaqub bəstəkarlarla işləyən şair deyildi”.

Sfera.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin prokuroru Bəhlul Yaqubov həkim-cərrah Vasif İsmayılın Xalq şairi Zəlimxan Yaqubun "Bu yaşıl ağacın altı bizimdir” şeirinə bəstələnən mahnı ilə bağlı fikirlərinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Zəlimxan Yaqub məhz bu səbəbdən şeirlərinə bəstələnən musiqilərə fikir bildirmirdi:

"Amma mən oğlu kimi deyə bilərəm ki, onun şeirlərinə bəstələnən musiqilərə xalq özü qiymət verir. Əgər yaxşı əsərdirsə, yaşayacaq, yaxşı əsər deyilsə, zaman onu sıradan çıxardacaq. Həkimin fikirlərinə hörmətlə yanaşıram”.

"Bu yaşıl ağacın altı bizimdir” mahnısına nə vaxtsa oynamısınız" sualına Bəhlul Yaqubovun cavabı belə olub:

"Xatırlamıram, mən oynayan adam deyiləm. Ola bilsin ki, nə vaxtsa olub, amma yadımda deyil. Amma bu mahnını çox eşitmişəm”.

Qeyd edək ki, həkim-cərrah Vasif İsmayıl Xalq şairi Zəlimxan Yaquba böyük haqsızlıq edildiyini bildirib. O, "Zəlimxan Yaqubun Azərbaycan şeirinin klassikasına çevrilmiş "Bu yaşıl ağacın altı bizimdir" şeirini toy mahnısına çevirdik. Azərbaycanda sənətə hörmət edən bəstəkar varsa, mütləq bu şeirə ciddi mahnı yazmalıdır” deyə bildirib.

 

OXŞAR XƏBƏRLƏR

“Alim Qasımov rep də deyər, meyxana da, ancaq...”

Xalq artisti Alim Qasımovun bir neçə gün öncə toyların birində rep deməsi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Onun bu fərqli ifasını müs...

Prezidentdən Şahin Mustafayevlə bağlı - SƏRƏNCAM

Prezident İlham Əliyev Baş nazirin müavini Şahin Mustafayevlə bağlı Sərəncam imzalayıb.   Sfera.az xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Respu...

Göyərtəsində 242 nəfər olan təyyarənin qəzaya uğramasının ANBAAN VİDEOSU

Xəbər verdiyimiz kimi, Hindistanın Əhmədabad şəhərində sərnişin təyyarəsi yaşayış məntəqəsinə düşüb.   Sfera.az xəbər verir ki, bu barədə "...

Vətəndaşların əmək hüquqlarını pozan şirkət cərimələndi

Vətəndaşların əmək hüquqlarını pozan daha bir hüquqi şəxs məsuliyyətə cəlb edilib.   Şirvan şəhər prokurorluğundan Sfera.az-a verilən məlumata görə, ...

Sənədsiz evlərin bir çoxu kənd təsərrüfatı torpaqlarında tikilib - Komitə sədri

Ölkə üzrə sənədsiz evlərin bir çoxu kənd təsərrüfatı təyinatlı torpaqlarda tikilib.   Sfera.az "Report"a istinadən xəbər verir ki, bunu Mil...

Bakıda 62 yaşlı kişi küçədə VƏFAT ETDİ

Bakıda yaşayan Salyan rayon sakini küçədə dünyasını dəyişib.   Sfera.az xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsi N.Axundo...