Tanınmış ilahiyyatçıdan İran ayətullahına cavab: "Belə də şir olar?"

Tanınmış ilahiyyatçıdan İran ayətullahına cavab:
Xəbər verdiyimiz kimi, İranın ali dini rəhbəri ayətullah Seyid Əli Xamneyinin Ərdəbil vilayəti üzrə nümayəndəsi ayətullah Seyid Həsən Amili feyk bir xəbəri əsas gətirərək Azərbaycan və Türkiyəni "Şirin quyruğu ilə oynama!" deyə hədələyib.
 
Sfera.az xəbər verir ki, tanınmış ilahiyyatçı Ağa Hacıbəyli Seyid Həsən Amilinin bu fikirlərinə cavab olaraq yazı qələmə alıb və ona sərt reaksiya verib:

"Qarabağ qan ağlayanda, şəhərlərimiz yandırılıb insanlarımız dağlananda şir harada idi?! Xocalı atəşlərə veriləndə, qız-gəlinlərimiz ismətlərini qorumaq naminə özlərini qayadan, uçurumdan atanda şir harada idi?! 10 milyonluq bir xalqın vətəni didilib parçalananda, gənc oğullarımız sinələrindən vurulub şəhid ediləndə, nəşləri üzərindən tanklar keçəndə şir harada idi?!.

Qul haqqı tapdalananda, ermənilər bir milyon insanımızı yurd-yuvasından didərgin salanda, körpələrimiz əsir alınanda, səcdədəki möminlərimiz güllələnəndə şir harada idi?!  

Məscidlərimiz talan ediləndə, minarələr dağıdılıb əzanlar susdurulanda şir harada idi? 

Məscidlər donuzlarla murdarlananda, Quranlar yandırılanda, müqəddəs abidələrimiz yerləyeksan ediləndə şir harada idi?!

30 min ailəyə tabut gələndə, şəhid anaları qara geyinib yas tutanda, atalarımızın beli bükülüb ah çəkəndə şir harada idi?!

İsa bulağının gözü murdarlıqla tutulanda, Şuşa qalası matəmə bürünəndə, Laçın qayaları al-qana boyananda, Kəlbəcər talan edilib məhşər yaşayanda şir harada idi?! 

Ağdamın qolları Həzrət Əbülfəzin qolları kimi doğrananda, Füzuli darmadağın ediləndə, yollar namərdcə kəsilib məsum insanlarımız əsir alınanda, hamilə qadınlarımızın qarnı yarılıb körpəsi süngüyə taxılanda şir harada idi? 

Tariximizə, irsimizə, kimliyimizə, namusumuza həqarət ediləndə şir hansı zağada idi? 

"Ədalət”, "imdad”, "yardım” deyib fəryad edən, ərşi titrədən dualarıyla Haqqa yalvaran Azərbaycan Xalqı naçar qalanda şir hansı mağarada idi?! 
28 ildir erməni həbsxanalarında parça-parça çürüyən soydaşlarımızın naləsini eşidib özünü karlığa vuran şir harada idi? 
Belə də şir olar?..

Artıq xəyanət ortaya çıxdı, xain bəlli oldu. Təcavüzkar Ermənistana gecə-gündüz yardım edən, məzarlıqlarımızı belə yox edən bir zehniyyətə neft, benzin, qaz və daha nələr verən bir düşüncə sahibi şir ola bilməz. Şir meşənin şahıdır, qarnı doyanda 20 saat yatar. Ancaq bizim "şir” isə illərdir küfrə, zalıma, qatilə – erməniyə xidmət edir. 

İmam Əli (ə) buyurur: "Allah qulunun zahirinə baxar, daxilini görər”.  Deyəsən, Rəbbimiz artıq bəzi simaların maskalarını sökür.

Biz bir millət olaraq əsrlərdir Allaha inanırıq, Onun yazısına, qədərinə riza göstəririk. Bu sarsılmaz inamımız, birliyimiz sayəsində illərdir körüklənən fitnə odunu cəmi 44 günə söndürdük. Qardaş ölkələr bizim yanımızda durdu. Sevincimizə sevinib, kədərimizə hüznləndilər...

Düşmənlərimizsə hələ də "hay nəsli”nə hayan durur, sinsi kimi "Xanın kəndi”nə gedir... Axı biz İmam Hüseyn (ə), Əhli-Beyti, Əshabı sevdik. Bu idimi İslam Ümmətindən hədiyyəmiz? "Şir hədiyyəsi”...

İndi Qafqazın dağlarına Azərbaycan aslanları hakimdi. Qarabağın vadilərində başqa "şir” peyda olarsa, ya qanı axar, ya da quyruğunu qısıb zağasına çəkilər. Böyük bir dini kiçik dünya mənfəətlərinə satanların yeziddən fərqi nədir? İstərsən özünə şir de, istərsən də başqa bir məxluqun adını! Nə fərqi var ki... 
Əgər bir şir inad çuxurunda nərildəyirsə, qoy özü üçün guruldasın. Harada olursa-olsun Azərbaycanımızdan, Vətənimizdən, şəhidlərimizin qanı bahasına fəth etdiyimiz müqəddəs torpaqlarımızdan uzaq olsun. Möhtəşəm zəfərimizə həsəd edənlər bilməlidir ki, Zəngəzuru da, digər itirdiklərimizi də birər-birər söküb alacağıq, İnşallah!  Allah Dövlətimizi, Vətənimizi, Millətimizi, Üçrəngli Bayrağımızı daim var etsin..."

Qeyd edək ki, S. H. Amilinin bu çıxışı edərkən Türkiyənin "Yeni Şafak” qəzetindəki "İran xəritədən silinəcək” sərlövhəli yazını əsas gətirməsi də qəribə haldır. Belə ki, sözügedən yazı feykdir və internet resurslarında belə yazıya rast gəlmək mümkün deyil.

OXŞAR XƏBƏRLƏR

Qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirildi

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən qardaşlar Ziyəddin və Hüseyn Səfərovların cənazəsi dəfn üçün səhər saatlarında Ağcabədiyə gətirilib.  ...

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...

Bu tarixdə görüşəcəklər

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.  ...

"Torba-torba pul paylayırdım" - Əməkdar artist görün nələr danışdı

"Azərbaycana şounu mən gətirmişəm. İlk şou-proqramı mən yaratmışam və ilk şoumeni mənəm".   Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar art...