Əliyev müharibədən sonra BMT-də ilk çıxışında dünyaya hansı mesajları verəcək?

Əliyev müharibədən sonra BMT-də ilk çıxışında dünyaya hansı mesajları verəcək?
"İlham Əliyev BMT Baş Assambleyasının 76-cı sessiyasında videomüraciət formatında çıxış edəcək. Azərbaycan Prezidentinin BMT Baş Assambleyasında sonuncu çıxışı 2020-ci ilin 24 sentyabrında – II Qarabağ müharibəsinin başlanmasından üç gün öncə olmuşdu. İlham Əliyev həmin çıxışda BMT qətnamələrinin icra edilmədiyindən, Ermənistanın təxribatlarından, mülki əhalini hədəfə almasından, silahlanmasından bəhs etdi və baş verə biləcək hərbi toqquşmanın məsuliyyətinin Ermənistanın üzərinə düşdüyünü bildirdi. Bu çıxış üç gün sonra böyük müharibənin anonsu da hesab oluna bilər və Əliyev münaqişə ilə bağlı real vəziyyəti dünyaya sonuncu dəfə açıqlamışdı”.
 
Sfera.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Asif Nərimanlı özünün sosial şəbəkə hesabında yazıb. O bildirib ki, İlham Əliyev 44 günlük müharibədən sonra ali kürsüdə ilk çıxışını edəcək və fikirlərini əsasən bir neçə istiqamət üzərində quracağı istisna deyil:
 
– BMT Təhlükəsizlik Şurasının qətnamələrinin Azərbaycanın özünün icra etdiyini elə BMT tribunasından elan edəcək: bu, dünyaya "münaqişəni öz gücümüzə həll etdik, yeni reallığa kənar müdaxiləni qəbul etməyəcəyik” mesajı olacaq;
 
– Post-münaqişə dövründən bəhs edəcək. Minsk qrupunun həmsədr ölkələri də daxil olmaqla beynəlxalq ictimaiyyəti münaqişədən sonrakı dövrdə regionun təhlükəsizliyinə dəstək verməyə dəvət edəcək: bu, bitmiş münaqişəni yenidən diriltmək istəyənlərə mesaj olacaq;
 
– Bakının İrəvana təklif etdiyi "sülh müqaviləsi”ni beynəlxalq ictimaiyyətə də təqdim edəcək və sairə;
 
Asif Nərimanlı əlavə edib ki, Əliyevin müharibədən sonra ali kürsüdən ilk çıxışı münaqişənin başa çatdığını dünyaya izah etmək baxımından əhəmiyyətlidir: "Ötən ilki çıxışdan sonra real addımların atıldığını nəzərə alsaq, bu dəfə post-münaqişə dövrü ilə bağlı real addımların sürətləndiriləcəyini gözləmək mümkündür.
 

OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...