GUAM, yoxsa Batumi bəyannaməsi?

10:48 / 23.09.2021
674
Xarici
işlər naziri Ceyhun Bayramov BMT sessiyası çərçivəsində Nyu-Yorkda GUAM (Gürcüstan,
Ukrayna, Azərbaycan və Moldova) Xarici İşlər Nazirləri Şurasının 37-ci
iclasında çıxış edib.
Sfera.az
xəbər veri ki, bu sözləri Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu
deyib.
O, bildirib, bu COVID-19 pandemiyası ilə bağlı qapanmadan sonra GUAM Xarici İşlər
Nazirləri Şurasının ilk toplantısı idi:
İkincisi,
Ceyhun Bayramov GUAM-İsrail Birgə Bəyannaməsini alqışlayıb. Azərbaycan kimi
Gürcüstan, Ukrayna və Moldovanın da İsraillə tərəfdaşlıq münasibətləri var.
Üçüncüsü,
Ceyhun Bayramov GUAM Parlament Assambleyasının (PA) 13-cü sessiyasının
kommünikesi beynəlxalq və regional parlamentlərarası assosiasiyaları ilə əməkdaşlığı
davam etdirmək niyyətini bir daha təsdiq edib.
Dördüncüsü,
Ceyhun Bayramov GUAM-a üzv dövlətlərə müraciət edərək Azərbaycanın irəli
sürdüyü minaların insan hüquqlarına təsiri ilə bağlı bəyanata qoşulmağa və
bununla bağlı Cenevrədəki daimi nümayəndəliklərinə təlimat verməyə dəvət edib.
Beləliklə,
Ceyhun Bayramov əməkdaşlıqla bağlı bəndləri sadalamaqla rəsmi Bakının GUAM-ın fəaliyyətində
əvvəlkitək maraqlı olduğunu bildirib. Halbuki Moldova, Ukrayna və Gürcüstan bu
il ərzində öz aralarında birliyin inkişafına çalışıblar”.
Politoloqun
sözlərinə görə, bu ilin may ayında Kiyevdə 3 ölkənin xarici işlər nazirləri
görüşüb: "Nazirlər
üçtərəfli görüş zamanı hər üç ölkənin Avropaya inteqrasiyasının sürətləndirilməsi
məqsədi ilə birgə koordinasiya və əməkdaşlıq formatının təsis edilməsi barədə
memorandum imzalayıblar. Memoranduma əsasən, hər üç ölkə Avropa İttifaqına
üzvlüyü son məqsəd elan edib.
Ukrayna,
Gürcüstan və Moldova prezidentləri iyulun 20-də Batumidə bir araya gələrək
Avropa İttifaqı ilə daha dərin inteqrasiyasiyanı nəzərdə tutan bəyannamə
imzalayıb. 3 ölkənin məqsədi Avropa İttifaqına üzv olmaqdır. Bəyannamənin
imzalanması mərasimində Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel də
iştirak edib.
Gürcüstan,
Moldova və Ukraynadan fərqli olaraq Azərbaycanın Avropa İttifaqına üzvlük hədəfi
yoxdur. Azərbaycan 3 ölkədən fərqli olaraq Avropa İttifaqı ilə assosiativ saziş
imzalamayıb. Bu səbəbdən Azərbaycan Batumi bəyannaməsinə qoşulmayıb. Buna
baxmayaraq, rəsmi Bakı GUAM platformasından imtina etmək istəmir. Bunun bir neçə
səbəbi var:
Birincisi,
Azərbaycan GUAM platforması çərçivəsində tərəfdaşları və yeni üzvlərlə
kollektiv dialoqu davam etdirmək istəyir.
Üçüncüsü,
hər birində separatçı bölgə olan GUAM ölkələri bir-birlərinin ərazi bütövlüklərini
birmənalı dəstəkləyirlər. Bu amil də Azərbaycan üçün əhəmiyyətlidir”.