Türkiyə Super Liqası tarixinin ən erkən qolu vuruldu - VİDEO

Türkiyə Super Liqası tarixinin ən erkən qolu vuruldu - VİDEO
Futbol üzrə Türkiyə Super Liqasında yeni rekord qeydə alınıb.

Sfera.az-ın məlumatına görə, "Qaziantep" və "Başakşehir" komandaları arasında keçirilən V tur oyununda Superliqa tarixinin ən erkən qolu vurulub.

"Qaziantep"in hücumçusu Muhammet Demir 10-cu saniyədə topu rəqib qapısından keçirib.

Əvvəlki rekord "Dənizlispor"un trinidad və tobaqolu sabiq hücumçusu Derril Robertsə məxsus idi. O, 2008/2009 mövsümündə "Eskişehispor"la matçın (3:4) 12-ci saniyəsində fərqlənib.

Qeyd edək ki, hazırda hesab meydan sahiblərinin xeyrinədir - 1:0.
 

OXŞAR XƏBƏRLƏR