ATƏT son ümidini danışıqlar üçün Bakıya göndərir – Henriksen niyə gəlir?

ATƏT son ümidini danışıqlar üçün Bakıya göndərir – Henriksen niyə gəlir?
"Kari Henriksenin Azərbaycana səfəri təsadüfi deyil. Onun ölkəmizə səfərinin məqsədi uzun müddətdir, proseslərdən kənarda qalan ATƏT-in Minsk qrupunun regiona qayıdışını təmin etməkdir”.

Bu sözləri Sfera.az-a açıqlamasında politoloq Qabil Hüseynli ATƏT Parlament Assambleyasının (PA) yeni təyin olunmuş xüsusi nümayəndəsi Kari Henriksenin Azərbaycana baş tutacaq rəsmi səfərini şərh edərkən deyib.

Onun sözlərinə görə, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin 27 illik fəaliyyətsizliyi rəsmi Bakının bu quruma inamını büsbütün sarsıdıb:

"Faktiki olaraq ATƏT-in Minsk Qrupu və onun həmsədrləri 27 il ərzində keçmiş "status-kvonu” saxlamaqdan başqa heç bir iş görmədi. Bu qurum boş bürokratik addımlar ilə Azərbaycanın Qarabağın işğalına barışmasına çalışırdı. Digər tərəfdən, 44 günlük müharibə və müharibədən sonrakı dövrdə fəaliyyətsizliyi də bir daha ATƏT-in Minsk qrupunun əhəmiyyətsiz olduğunu göstərdi”.

Politoloqun sözlərinə görə, Kari Henriksenin qarşısına böyük öhdəlik qoyulub:

"Henriksen ATƏT-in Minsk qrupunun növbəti ümididir. Bu şəxs gərək ki, rəsmi Bakını qurumla bağlı razı salsın. Heç kəsə sirr deyil ki, ATƏT-in Minsk qrupu proseslərə yenidən qayıtmaq istəyir. Lakin rəsmi Bakı bu məsələyə heç də isti baxmır. Digər tərəfdən, həmsədr ölkələrin qərəzli mövqeləri də bu qurumun fəaliyyətini sual altına alır. Ona görə də deyə bilərəm ki, Hari Henriksenin işi olduqca çətindir”.
 
Turan Rzayev
 

OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...