Ərdoğan Ukraynaya səfər edəcək - SƏBƏB

Ərdoğan Ukraynaya səfər edəcək - SƏBƏB
Ukrayna Prezidenti Vladimir Zelenski Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində görüşüb.

"Dostum Rəcəb Tayyib Ərdoğanla görüş zamanı Ukrayna və Türkiyə əməkdaşlığının bütün spektrini- sərbəst ticarət sahəsindən hərbi-texniki əməkdaşlığa qədər müzakirə etdik. Əlaqələrimiz daha da konkretləşir və praktiki layihələrlə doludur”, - deyə Ukrayna lideri "Twitter” hesabında yazıb.

Sfera.az xəbər verir ki, Vladimir Zelenski Ukrayna-Türkiyə münasibətlərinin strateji xarakterini və siyasi, iqtisadi-ticarət, hərbi-texniki və humanitar sahələrdə ikitərəfli əməkdaşlığın sürətləndirilməsinin vacibliyini vurğulayıb.

Bu barədə Ukrayna prezidentinin rəsmi saytında bildirilir.

Tərəflər Qara dəniz bölgəsində sabit təhlükəsizlik vəziyyətinin saxlanılması məsələsini nəzərdən keçiriblər.

Rəcəb Tayyib Ərdoğan Strateji Əməkdaşlıq Şurasının 10-cu iclasında iştirak etmək üçün Ukraynaya getmək təklifini qəbul edib.
 

OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...