“Ərdoğan Azərbaycanı narahat edən məsələləri Putinin diqqətinə çatdıracaq…” - Şərh

14:14 / 22.09.2021
877
"Rusiya
və Türkiyə arasında illərdir, tərəfdaşlıq münasibətləri var. Tərəflər hər il
bir neçə dəfə görüşür və iki ölkəni maraqlandıran ortaq, eyni zamanda üst-üstə
düşən maraqları müzakirə edirlər”.
Bu
sözləri Sfera.az-a "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putin
arasında Soçi şəhərində baş tutacaq görüş haqda danışarkən deyib.
O
bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-da baş tutan BMT-nin
Təhlükəsizlik Şurasının sessiyasından sonra Rusiyaya səfər edib, burada
Prezident Vladimir Putin ilə görüşməsində qeyri-adi bir şey yoxdur:
"Məsələ
ondadır ki, tərəflər arasında müzakirə ediləsi məsələ çoxdur. Belə ki, Suriya,
İraq, Liviya, Aralıq dənizinin şərqi enerji, silah layihələri və əməkdaşlıq, Cənubi
Qafqaz və s. mövzular ətrafında müzakirələrin gedəcəyi gözlənilir”.
Politoloqun
sözlərinə görə, Ərdoğan Putinin diqətinə çatdıracaq çalışacaq ki, Türkiyənin Azərbaycanla
keçirdiyi hərbi təlimlərin tək məqsədi Azərbaycan ordusunun gücləndirilməsidir:
"Son
günlər Türkiyənin Azərbaycanla keçirdiyi hərbi təlimlər Rusiyanı həm narahat
edir, həm də narazılığına səbəb olur. Bu mənada düşünürəm, Ərdoğan bu haqda
Putinlə xüsusi söhbət edəcək. Ərdoğan Putini əmin edəcək ki, təlimlər Kremlə
heç bir mesaj xarakterli deyil. Təlimlərin başlıca məqsədi Azərbaycan ordusun
güclənməsi, təkmilləşdirilməsidir”.
E.
Şahinoğlu qeyd edib ki, Ərdoğan Putinin diqqətinə həm də Azərbaycanı narahat edən
məsələləri çatdıracaq:
"Rus
sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan torpaqlarında təlimlər
keçi̇rməsi̇, Laçın dəhlizindən qanunsuz Qarabağa TIR-ları buraxması, ermənipərəst
rəsmilərin Xankəndiyə səfər etməsinə göz yumması və s. məsələlər bugün rəsmi
Bakını ciddi narahat edən məsələlərdəndir. Ehtimal ki, bu məsələlər Türkiyə və
Azərbaycan prezidentləri arasında da müzakirə edilib. Bu mənda düşünürəm,
Ərdoğan Azərbaycanı narahat edən məsələləri, eyni zamanda 10 noyabr bəyanatının
icrasını Putinin diqqətinə çatdıracaq.
Turan
Rzayev