Baydenin İrəvana göndərdiyi məktub Paşinyana cəsarət verib? – “Məhz həmin məktubdan sonra...”

Baydenin İrəvana göndərdiyi məktub Paşinyana cəsarət verib? – “Məhz həmin məktubdan sonra...”
"ABŞ Ermənistanla Azərbaycan arasındakı sülh imkanlarına mənfi təsir edir”.

Bunu Sfera.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə ABŞ prezidenti Co Baydenin Ermənistanın müstəqilliyi ilə bağlı göndərdiyi təbrik məktubundan danışarkən deyib.

O bildirib ki, məktubu konkret olaraq Ermənistan-Azərbaycan arasında böhranın davam etməsinə, revanşist qüvvələrin maraqlarına xidmət edən bir açıqlama kimi xarakterizə etmək olar:

"Görünür, Vaşinqton Rusiya sülhməramlı qüvvələrinin Qarabağda mövqe tutmasına görə Bakıya qəzəblidir. ABŞ prezidentinin əsirlər, həmçinin  "status" məsələsi və Minsk qrupunun fəaliyyəti ilə bağlı mesajı Cənubi Qafqazda uzun müddətli sülh imkanlarını hədəf alır. Bununla da rəsmi İrəvanın ritorikasının dəyişməsinə gətirib çıxarır. Məhz ötən gün Baş nazir Nikol Paşinyanın iki erməni dövlətindən bəhs etməsi və Qarabağ məsələsini qabartması bunun nəticəsidir”.

Politoloqun sözlərinə görə, ABŞ-ın Ermənistandakı səfiri demək olar ki, hər gün "Dağlıq Qarabağ problemini" gündəmə gətirir:

"Həmçinin "status" məsələsinin vacibliyini qeyd edir.  Səfirə təlimat birbaşa ABŞ-dan verilir, yoxsa səfir belə bir açıqlama ilə çıxış edə bilməzdi.  ABŞ-ın bu mövqeyi rəsmi İrəvanın mövqelərinə təsir edəcək və Baş nazir Nikol Paşinyanın Azərbaycanla hər hansı bir danışıqlarda Vaşinqtonun gündəmə gətirdiyi təkliflərlə çıxış etməsi mümkündür. Təbii ki, bu halda Azərbaycan danışıqlar aparmayacaq və proses Ermənistanın ziyanına olacaq.

ABŞ-ın, Fransanın bütün cəhdlərinə baxmayaraq, Azərbaycan Minsk qrupu formatına qayıtmayacaq. Təbii ki, ABŞ-ın bu siyasəti Ermənistanda mövqelərini möhkəmləndirməyə və regionda təsirinin güclənməsinə hesablanır. Vaşinqton və Bakı arasında soyuq rüzgarlar əsir.  Rəsmi Bakı Vaşinqtonla təmasları artırmalı, Ağ Ev və Dövlət Departamentinin siyasətində Azərbaycanla bağlı müsbət siyasətin formalaşmasına çalışmalıdır. Vaşinqtonla söz və diplomatik dartışma məqbul deyil. Rəsmi Bakı Vaşinqtonla təmasları artırmalıdır”.
 
Günay Rəsulqızı
 

OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...