İran XİN rəsmisi: "Azərbaycanla yaxşı münasibətlərimiz var"

İran XİN rəsmisi:
"Azərbaycanın, İranın və Türkiyənin analitik mərkəzlərinin fəaliyyəti ölkələr arasında əməkdaşlığı daha da möhkəmləndirməyə imkan verəcək".

Sfera.az xəbər verir ki, bunu İranın xarici işlər nazirinin müavini və Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri Məhəmməd Kazım Səccadpur Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə "Azərbaycan-Türkiyə-İran arasında üçtərəfli münasibətlər” mövzusunda keçirilən konfransda bildirib.

"Bizim həqiqətən də Azərbaycanla yaxşı ikitərəfli münasibətlərimiz var . Biz həmçinin İranın, Azərbaycanın və Türkiyənin analitik mərkəzlərinin üçtərəfli əməkdaşlığı üzərində də işləməyə hazırıq. Bu baxımdan bugünkü görüş çox böyük əhəmiyyətə malikdir. Biz, regionda əməkdaşlığın genişləndirilməsi yollarını müzakirə edə bilərik”, - M.K.Səccadpur deyib.

O, Azərbaycan, İran və Türkiyə arasında əlaqələrin gələcək möhkəmləndirilməsi baxımından üç ölkənin beyin mərkəzləri arasında əməkdaşlığın vacibliyini vurğulayıb.
 

OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...