İran diplomatının müəmmalı Bakı səfəri – Sürücüləri azad etdirməyə gəlir?

İran diplomatının müəmmalı Bakı səfəri – Sürücüləri azad etdirməyə gəlir?
"Tehran səfir səviyyəsindəki danışıqlarda istəyinə nail ola bilməyəndə sərhəddə hərbi təlimlərlə "əzələ nümayişi”nə əl atdı”.

Sfera.az bildirir ki, bunu siyasi şərhçi Asif Nərimanlı deyib. O, İranın xarici işlər nazirinin müavini Məhəmməd Kazım Səccadpurun Bakıya gəlişinə münasibət bildirib:
 
 
"Türkiyə və Azərbaycanın Naxçıvanda məhz Araz çayı üzərindən mesaj verməsi Tehranın nəticə çıxarmasına kömək edən amillərdəndir. İran danışıqları davam etdirmək istəyir. Sərt mövqe ilə yanaşı, qapıları aralı saxlayır. Səccadpur Bakıya Azərbaycan, Türkiyə və İranın araşdırma mərkəzlərinin üçtərəfli görüşündə iştirak üçün gəlsə də, rəsmi şəxslərlə də görüşlər keçirəcək”.

A.Nərimanlı görüşlərdə üç məsələnin müzakirə edilmə ehtimalından söz açıb:

"Birincisi, Xankəndiyə qanunsuz yük daşınması faktı ilə bağlı saxlanılan iki sürücünün sərbəst buraxılması. Bu sürücülərin isə sıravi vətəndaş olmadığı da istisna deyil. İkincisi, Gorus-Qafan yolunda İranın yük maşınlarının keçidini asanlaşdırmaq, rüsum və digər məsələlərdə güzəştlər əldə etmək. Nəhayət, İranın işğaldan azad edilmiş ərazilərin bərpası prosesində iştirakına nail olmaq: Tehran bu məsələni təmaslarında davamlı irəli sürür. Burada diqqətçəkən əsas məqam Bakının əlinin heç olmadığı qədər güclənməsi və Tehranın "şir kimi oğlanlarıq” ritorikasına rəğmən, hesablaşmağa məcbur qalmasıdır”.
 
Günay Rəsulqızı
 

OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...